Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun canlı yayımlarından danışdı: “Baxmıram…”

Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun canlı yayımlarından danışdı: “Baxmıram…”

ADP sədri Sərdar Cəlaloğlu xaricdən canlı yayım edən mühacirlər barədə danışdı.

Musavat.com xəbər verir ki, “Yeni Müsavat”ın Facebook üzərindən yayımladığı canlı yayıma qatılan S.Cəlaloğlu bildirib ki, ümumiyyətlə, xaricdən yayımlanan videoları cəmiyyətdəki siyasi süstlüyün səbəblərindən biri hesab edir.

Onun fikrincə, vətəndaşlar öz narazılıqlarını xaricdən verilən verilişlərdəki radikal təqdimatla təmin edirlər: “Hamı gözləyir ki, xaricdən kimsə gələcək və bunları xilas edəcək. Xaricdəkilərin təklif etdiyi nədir? Demokratik mübarizənin 160 üsulu var. Biri deyir, qum saatı çək, o biri deyir işığı keçir, bir başqası qazan döyməyi təklif edir. Amma demokratik mübarizə yalnız ölkənin daxilində aparıla bilər. Kənarda oturub, “çıxın küçəyə, ay biqeyrətlər” demək olmaz. Gəl, dur yanımda, çıxaq küçəyə… Qabaqda mən getməsəm, nakişiyəm. Sən indi gedib oturubsan xaricdə və olubsan qəhrəman… Gəl otur yanımda, bir yerdə edək, mübarizəni… Sən burda olanda evdən bayıra çıxa bilmirsən, mədəni şəkildə belə sözlərini deyə bilmirdin. İndi getmisən ora, başlamısan, küçə söyüşləri ilə insanları təhqir etməyə… Oturub orda əmr verməyə nə var ki? Qərarı öncə verənlər icra etməlidir”.

Müsahibimiz xaricdə yayılan “Azərbaycan xalqına lider lazımdır” çağırışlarını gülməli hesab etdiyini dedi. ADP sədri xatırlatdı ki, lider kimi “Nahid Cəfərov adlı uşaq” gündəmə çıxarılıb: “Bu, gülüncdür, axı… Bu adamlar liderin nə olduğunu, necə meydana çıxdığını bilmir. Oturmusan İsveçdə, Azərbaycanda da demoktarik hərəkat gedir. Sən də bu hərəkatda yoxsan. Necə bu xalqın lideri ola bilərsən?”

S.Cəlaloğlu mühacirətdə olan qardaşı Qurban Məmmədovun Facebook üzərindən canlı yayım danışıqları barədə sualı da cavabladı. Dedi ki, Leninin qardaşı çara bomba atdı, onu tutub asdılar. Lenin isə bu məqamda “bizim yolumuz ayrıdır” deyib: “Bizim qardaş olmağımızın ümumi məsələlərə heç bir aidiyyatı yoxdur. Mən Milli Şuranın əleyhinə idim, mənim qardaşım Milli Şura rəhbərliyinə daxil olan adamlardan biri idi. O, burda olanda Əli Kərimlini müdafiə edirdi, onun prezident olması uğrunda mübarizə aparırdı. Mənsə öz prezidentliyim uğrunda mübarizə aparırdım. Qardaşlığın siyasi mübarizəyə nə aidiyyatı var? İzləmirəm. Mən ümumiyyətlə, o xaricdən video yayanların heç birini izləmirəm. Amma partiya üzvlərim gəlib məlumat verirlər ki, dünən filankəs belə bir şey dedi və s. Mən vaxtımı boşa sərf edə bilmərəm. Mən ictimai hadisələrdən başı çıxan adamam. Ağıllı adam başqasının təcrübəsindən öyrənər”.

Həmçinin oxuyun

Mədət Quliyevlə bağlı sərəncam verildi – DTX rəisinin rütbəsi artırıldı

 Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət …