Sərdar Cəlaloğlu bu saytları məhkəməyə verir – Siyahı

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib.

Azinforum.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Avstriyada bir neçə məscidin bağlanması və din xadimlərinin adı çəkilən ölkədən deportasiya edilməsi məsələsinə münasibət bildirib. Partiya yetkililəri bu və Avropanın digər ölkələrində baş verən digər anoloji faktların ardıcıl xarakter almasından, islamafobiyanın güclənməsindən ciddi narahat olduğunu bildirib, özünü dünyada demokratiyanın beşiyi sayan Avropada bu cür faktların qabarmasını, beynəlxalq hüquq qaydalarına, insan hüquq və azadlıqlarına zidd olduğunu, mədəniyyətlərarası münasibətlərin pozulmasına xidmət etdiyini qeyd edib və Avstriya hökumətini öz qərarına yenidən baxmağa və dini etnik məsələlərdə dözümlülük göstərməyə çağırıb.

İdarə Heyəti gənc siyasi fəal E.Aslanın haqqında 30 sutkalıq inzibati həbs qərarı qəbul edilməsindən, bütövlükdə son vaxtlar gənc siyasi fəallara qarşı hakimiyyət orqanları tərəfindən başladılan basqıların, həbslərin, həbs edilən şəxslərə verilən işgəncələrin davam etməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti, ölkədə vətəndaş qarşıdurmasına, həmrəyliyin pozulmasına xidmət edən bu cür hərəkətlərdən geri durmağa, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiq olmağa, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən addımlara son qoymağa çağırıb.

İdarə Heyəti son günlər Modern.az, Biq.az, Ölkə.az, Oxu.az, Report.az, və digər saytlarda prezidentliyə keçmiş namizəd ADP sədri S.Cəlaloğlunun şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna zərbə vuran, böhtan və qarayaxma kampaniyası ilə bağlı da müzakirələr aparmış və müzakirələrin nəticəsi olaraq adı çəkilən saytlara qarşı məhkəmə davasının açılması ilə bağlı qərar qəbul edilmişdir.

Zdrave universal kremi zdrave forte