Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şəmsəddin Xanbabayev yalançı günbəzləri tələsik yığışdırdı

Şəmsəddin Xanbabayev yalançı günbəzləri tələsik yığışdırdı

Xaçmazda şəhərin parklarından birində tikilmiş nəhəng binanın yalançı günbəzləri tələsik yığışdırılıb.

Dünən sosial şəbəkələrdə paylaşılmış qalmaqallı fotoşəkillərdən aydın olmuşdu ki, binanın günbəzlərindən biri dəmir çərçivənin üzərində qurulub və tikiliyə heç bir aidiyyatı yoxdur.

Bu fotoşəkillərin dərcindən dərhal sonra yalançı günbəz sökülüb. Bu fakt sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb.

Eyni zamanda, Xaçmaz Rayon İcra Hakimiyyəti və icra başçısı Şəmsəddin Xanbabayev məsələ ilə əlaqədar hələlik heç bir şərh verməyiblər.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın