Bazar , Noyabr 18 2018
Ana səhifə / Siyasət / Rusiya səfiri Naxçıvan səfərindən danışdı

Rusiya səfiri Naxçıvan səfərindən danışdı

“Naxçıvanın çox gözəl təbiəti, qədim tarixi və mədəni abidələri, iqtisadi potensialı ilə yaxından tanış oldum. Yerli əhalinin tələbatının ödənilməsi üçün bir çox sənaye və kənd təsərrüfatı məhsulları məhz Naxçıvanda istehsal olunur. Bu, yaxşı haldır”
Bunu Naxçıvanda səfərdə olan Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib. Səfir muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirib.

“Naxçıvan Avtomobil Zavodunda olarkən burada istehsal edilən nəqliyyat vasitələrinə təkcə muxtar respublikada deyil, Azərbaycanın digər bölgələrində də böyük tələbat olduğunu öyrəndim. Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanış oldum. Bu məktəbdə müasir standartlara cavab verən şəraitin yaradılmasını yüksək qiymətləndirirəm. Məktəbdəki tədris prosesi ilə yaxından tanış oldum, təhsil ocağının pedaqoji kollektivi ilə söhbət zamanı burada işləyən müəllimlərin öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarına şahidlik etdim. Bu, məni çox sevindirdi”, – deyə Mixail Boçarnikov vurğulayıb.

Azinforum.az
VIPedu.BIZ

Həmçinin oxuyun

Cəmil Həsənli: “Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır”

Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət …