Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Siyasət / Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

“İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir”
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyi, həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirinə dair sualı cavablandırarkən deyib.

“Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır”- XİN rəsmisi vurğulayıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Etibar Məmmədova mandatı Ayaz Mütəllibov alıb? – AMİP-dən eks-prezidentə CAVAB

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov “Qaynar qazan” verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib. A.Mütəllibov verilişdə deyib …