Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qalmaqallı Mahaçqala limanı: Telman İsmayılov və digərləri İrana uduzur

Qalmaqallı Mahaçqala limanı: Telman İsmayılov və digərləri İrana uduzur

Rusiyanın Xəzərdəki əsas ticarət limanı olan Mahaçqala limanının səhmlərini almağa İran əsas namizəddir.

Virtualaz.org xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib. Bununla Dağıstan rəhbəri bildirir ki, limanın səhmlərini almaq uğrunda Çin, Türkiyə, Azərbaycan və Vyetnamdan olan investorlar da mübarizə aparır.

Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib ki, danışıqlar bütün potensial investorlarla aparılır, ancaq iranlılar əsas müştəridir. “İranlılar limanın səhmlərini almağa hazır olduqlarını elan ediblər, ancaq biz Vyetnam, Türkiyə, Çin və Azərbaycandan olan investorlarla da danışıqlar aparırırq”-Ramazan Abdulatipov “Sputnik”ə bildirib.

Mahaçqala limanı sistemli şəkildə neft oğurluğuna görə tanınır. Liman formal olaraq dövlət mülkiyyətində olsa da Dağıstandakı nüfuzlu kriminal klanların nəzarətindədir və oradan oğurluq neft kustar neftayırma zavodlarına ötürülür. Limanın bu ilin sonuna qədər özəlləşdirməyə çıxarılacağı gözlənilirdi. Limanın özəlləşdirməyəçıxarılacağı açıqlanan kimi onu almağa əsas iddiaçının Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimov olduğu açıqlanıb.

Məsələ burasındadır ki, Süleyman Kərimovun Kiprdə qeydiyyatdan keçmiş “Arolia” offşor şirkəti limanın “Sberbank”a olan kredit borcunu alıb. Söhbət təxminən yarım milyard  rublluq borcdan gedir. Limanın özəlləşdirməyə çıxarılacağı məlum olan kimi  “Arolia Holding” Dağıstanın Arbitraj məhkəməsində  “Mahaçqala dəniz təcarət limanı” dövlət idarəsinə qarşı 678 milyon rubl məbləğində iddia qaldırıb. Şirkət ya borcun faizləri ilə birlikdə ödənilməsini, ya limanın müflis elan edilməsini istəyir. Əgər iddia təmin olunsa Mahaçqala limanı müflis olacaq. Kərimov isə müflis olmuş limanı qəpik-quruşa ələ keçirəcək.

Habelə məlum olub ki, Mahaçqala limanını almağa Türkiyənin liman operatoru “Yılport Holding” maraq göstərir. Holdinqin adından Dağıstan rəhbərliyi ilə danışıqları aparan isə Telman İsmayılovdur. Bildirilirdi ki, Türkiyədə yaşayan T.İsmaylovun bu holdinqlə bağlılığı var və o, Dağıstan rəhbəri Ramazan Abdulatipovla yaxın münasibətlərindən istifadə edərək bu gəlirli obyekti ələ almağa çalışır. Çox güman ki, Ramazan Abdulatipov limanın səhmlərini almağa maraq göstərən Türkiyə investorları barədə danışarkən “Yılport Holding”i nəzərdə tutub.

Azərbaycandan limanın səhmlərini almağa hansı investorun maraq göstərdiyi məlum deyil.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın