Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Siyasət / Paşinyan Putinə belə deyib: “Təmas xəttində istənilən təxribat sərt cavab alacaq”

Paşinyan Putinə belə deyib: “Təmas xəttində istənilən təxribat sərt cavab alacaq”

Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsi müzakirə olunmayıb. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu bazar günü Ermənistanın Tavuş vilayətinə işçi səfərinin gedişində jurnalistlərə həmin ölkənin baş naziri Nikol Paşinyan deyib.

Paşinyanla Putin Qarabağ ətrafında vəziyyət barədə söhbət ediblər və münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar.

“Öz növbəmdə, bildirdim ki, münaqişə zonasında istənilən təxribat sərt cavab alacaq”, – Paşinyan bildirib.

 

Mənbə xatırladır ki, baş nazir seçildikdən sonra Nikol Paşinyan prinsipial olaraq Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan etmişdi.

Beynəlxalq gündəmin digər məsələlərinə toxunaraq Paşinyan bir daha qeyd edib ki. Ermənistanın Suriyadakı kontingenti sırf humanitar məqsəd daşıyacaq. Paşinyanın sözlərinə görə, Ermənistanın missiyası Suriyadakı erməni icmasına yardım məqsədi güdür.

O vurğulayıb ki, kontingent Ermənistan bayrağı altında dislokasiya olunacaq.

Daha öncə Ermənistan KİV-ləri yazmışdılar ki, ölkə Suriyaya rabitəçilərdən, minaaxtaranlardan və həkimlərdən ibarət heyət göndərmək niyyətindədir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakı meri Eldar Əzizovdan İLK TƏYİNAT – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov meriyaya mətbuat katibi təyin edib. Unikal.org-un əldə etdiyi …