Ölkənin qaz problemi – vətəndaş soyuqdan donur, rəsmilər isə…

Ekspertlər bildirirlər ki, qazın verilməsi bilərəkdən məhdudlaşdırılır, ölkənin hasilatı azalıb, xarici öhdəliklər isə artıb

 
Ölkənin bir sıra bölgələrində təbii qazın verilməsində problemlər var. Xüsusən Bakı ətrafında, Abşeronda da problem ciddidir. Bakıətrafı qəsəbələrdə qazın verilməsində yaranan məhdudiyyətlər, xüsusən qazın təzyiqinin də aşağı olması qışın soyuğunda vətəndaşları çıxılmaz duruma salıb. Maraqlıdır, bunlar təkcə texniki problemlərdir, yoxsa aidiyyəti qurumlar tərəfindən bilərəkdən yaradılır? Bu sual qazsız qalan evlərdəki vətəndaşları düşündürür. Ekspertlər daha çox bunda hökumət qurumlarının maraqlı olduğunu bildirirlər. Rəsmi qurumlar isə problemin olmadığını iddia edirlər. Problem isə hətta neftlə zəngin Balaxanı qəsəbəsində də ciddidir. 
Balaxanı sakinləri redaksiyamıza müraciətlərində qazın axşam saatlarında kəsildiyini, verilən müddətdə isə aşağı təzyiqlə olduğunu bildirirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara etdikləri davamlı müraciətlər nəticəsizdir: “Qəsəbədə qazın təzyiqi axşam saatlarından azalır. Kombilər işləmir, camaat qalır İran peçinin ümidinə. Amma təzyiq o qədər azdır ki, İran peçləri də işə düşmür. Qazın təzyiqi az olduğuna görə, işləyən kombilər də daha çox qaz yandırmağa başlayır, qaz çox gedir. Təzyiqin aşağı olması həm də camaatın birbaşa cibinə girməkdir, cibinə əl uzatmaqdır, son qəpik-quruşu vətəndaşın əlindən almaqdır. Normal təzyiq versələr, kombilər də normal rejimdə işləyər. Faktiki, təzyiqi azaltmaqla camaatın cibinə girirlər. Bütün bunlar Qafqazda neft-qaz tapılan ilk qəsəbədə baş verir. Biz məcburuq ki, artıq ”Azəriqaz”dan Balaxanı qəsəbəsinə odun göndərməsini xahiş edək, başqa çarəmiz yoxdur. Evdə uşaqlar soyuqdan donurlar. Dövlət orqanlarına müraciət etmişik, xeyri yoxdur”. Bunlar Balaxanı sakinlərinin ümumiləşmiş şikayətidir.
Image result for Ekspert Natiq Cəfərli
Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, qazın verilməsində məhdudiyyətlərin olmasının bir neçə səbəbi var: “Texniki səbəblər də var, görülən işin keyfiyyət məsələsi var. Borularla bağlı problemlər olur, təmir olunmağa ehtiyac yaranır. Bir də Azərbaycan hökuməti öhdəliklər götürüb, xarici dövlətlər qarşısında qaz öhdəliklərimiz var. 500 milyon kubmetr qazın hasil olması öhdəliyi var, Türkiyə ilə müqavilələr var. Bu müqavilələri, öhdəlikləri yerinə yetirmək əlavə xərc istəyir. Rəsmi rəqəmlər göstərir ki, hasilatda problemlər yaşanır. Tək SOCAR-da hasilat 33 faiz aşağı düşüb. Hasilatın azalması fonunda öhdəliklərin artması Azərbaycanı yerli istehsalçılarla bağlı qaz verilişinə müdaxilə etməyə məcbur edir. Azərbaycan öhdəliklərini yerinə yetirmək üçün daxili istehlaka müəyyən dərəcədə qənaət etmək istəyir, bunu qarşısına məqsəd qoyub”.
Image result for İbrahim Kərbalayev
 
“Azəriqaz” rəsmisi İbrahim Kərbalayev isə musavat.com-a bildirib ki, onlara qaz problemi ilı bağlı son günlər hər hansı şikayət edilməyib, müraciət olmayıb: “Ünvanı deyin, araşdıraq. Ümumilikdə hər hansı problem yoxdur. Bakıda və Bakıətrafı qəsəbələrdə hər hansı məhdudiyyət yoxdur. O cümlədən bölgələrdə də problem yoxdur. Qaz təsərrüfatında hər hansı məhdudiyyət yaranmayıb. Hansı ərazidə çatışmazlıq olursa, bizə müraciət edəndə, gedilib baxılır, aradan qaldırılır. Hazırda tərəfimizdən hər hansı fakt qeydə alınmayıb”.
Zdrave universal kremi zdrave forte