Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Siyasət / Nazir yeni rəisi kollektivə təqdim etdi

Nazir yeni rəisi kollektivə təqdim etdi

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov iştirak edib.

Ə. Qarayev çıxış edərək bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləmiş Vüqar Zeynalov prezidentin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Nazir bu sahədə qarşıda duran vəzifələrdən danışıb, mədəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək mədəniyyət sahəsində çalışmaqdan məmnunluğunu bildirib, yeni idarə rəisinə təbriklərini çatdırıb.

Ə. Qarayev daha sonra Cəlil Məlikovu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə təqdim edib.

Cəlil Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Belə qənaət yaranır ki, erməni lobbisi malik olduğu geniş əlaqələrdən istifadə edərək alman məhkəməsini ələ alıb” – Samir Adıgözəlli

Məlum olduğu kimi, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni …