Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Siyasət / Namizədlərə mitinq və seçicilərlə görüş üçün yerlər ayrıldı

Namizədlərə mitinq və seçicilərlə görüş üçün yerlər ayrıldı

Qeydə alınmağı gözləyən namizədlərdən yeni açıqlamalar

Prezident seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı açıqlanıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq respublikanın şəhər və rayon mərkəzlərində müəyyən edilmiş açıq və qapalı yerlər barədə məlumat yayılıb. Siyahı 76 rayon və şəhər üzrə müəyyən edilmiş yerləri əhatə edir.

Bakı şəhərinin rayonları üzrə siyahını təqdim edirik.

Binəqədi rayonu-Xocəsən qəsəbəsi stadionu, 9-cu mkr.Adil Məmmədov küçəsi 57 saylı binanın qarşısındakı mərasim evi.

Xətai rayonu-Zığ yolyna Nargilə dairəsinin yanındadkı meydan, H.Z.Tağıyev adına toxuculuq-tikiş kombinatının klubu.

Xəzər rayonu-Şüvəlan qəsəbəsi Lev Starçuk küçəsi14-də yerləşən “AZAL-Arena” stadionu, Şüvəlan qəsəbəsi Lev Starçuk küçəsi 13-də yerləşən mədəniyyət evi.

Qaradağ rayonu-Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən “Neftçi” İdman Klubu Birliyinin Qaradağ təlim-idman bazasının stadionu, Lökbatan qəsəbəsi S.Orucov küçəsi 23-də yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayı.

Nərimanov rayonu-Koroğlu Rəhimov və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində yerləşən parkın girişindəki meydan. Həsənoğlu küçəsi 2-də yerləşən mərasim evi.

Nizami rayonu-8 km.yaşayış sahəsi B.Nuriyev küçəsi 69-da yerləşən idman meydançası, Keşlə qəsəbəsi Sabir küçəsi 1 ünvanda yerləşən mərasim evi.

Nəsimi rayonu-1-ci mkr. A.Məhərrəmov küçəsi 27A ünvanında yerləşən parkın yaxınlığındakı meydan, D.Əliyeva küçəsi 230-da yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-nin akt zalı.

Sabunçu rayonu-Sabunçu qəsəbəsi İsmət Qayıbov adına stadion, Maştağa qəsəbəsi Hacıağa Abbasov adına Mədəniyyət Evi.

Səbayel rayonu-20-ci yaşayış sahəsi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin meydançası, Badamdar qəsəbəsi Neftçilər döngəsi 2-də yerləşən mərasim evi.

Suraxanı rayonu-Hövsan qəsəbə Mədəniyyət Sarayının qarşısı, Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına Mədəniyyət Sarayı.

Yasamal rayonu-Mirəli Seyidov küçəsi 3155-ci məhəllədə yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu, A.M.Şərifzadə küçəsi 108, 110, 112, 114 və 116 saylı yaşayış binalarının həyətində yerləşən mərasim evi.

Pirallahı rayonu-Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 56a saylı binanın qarşısındakı meydan, Pirallahı qəsəbə İdman Kompleksi.  

Seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası isə martın 19-dan başlayacaq və aprelin 10-da saat 8-də yekunlaşacaq. MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, müstəqil namizəd, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev. Onların 40 mindən az olmayan seçici imzası toplaması əsas götürülüb.

3 nəfərin isə sənədləri MSK-ya bir neçə gündür təqdim olunub. MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, həmin şəxslərin sənədlərinə martın 19-dək baxılacaq və qərar veriləcək.

Bəs həmin iddiaçılara seçki kampaniyasının indiyəqədərki mərhələsində yerlərdə inzibati strukturlar tərəfindən hansısa maneələr yaradılıb?

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP-nin namizədi Sərdar Cəlaloğlu bildirdi ki, yerli icra hakimiyyəti orqanları və polisdən seçki kampaniyasının imzatoplama mərhələsində hər hansı maneələrlə rastlaşmayıblar: “Rastlaşdığımız problem seçicilərin aktiv olmaması, müxalifət namizədinə imza verməkdən qorxmaları idi. Bir çox insanlar həddən artıq qorxurlar, hər 10 nəfərdən ən azı biri bu vəziyyətdəydi. İmza verməkdən qorxduğunu açıq deyirdi. Əgər bu vəziyyət olmasaydı, imzaları çox qısa müddət ərzində başa çatdıra bilərdik. Bir çox seçicilər isə ümumiyyətlə, seçki ilə maraqlanmırlar. Bu cür problemlərlə üzləşdik. Amma inzibati strukturlar tərəfindən heç bir problem yaradılmadı”.

Tural Abbaslı ile ilgili görsel sonucu

Müstəqil namizəd Tural Abbaslı bildirdi ki, seçkilərdə əsasən də imzatoplama kampaniyasında hakimiyyət tərəfindən hansısa xüsusi maneələrlə rastlaşmayıb: “Bəzi regionlarda yerli icra orqanlarının nümayəndələri imzatoplayanlarımıza qarşı bəzi təzyiqlər etdilər. Hətta bir rayonda polis işçisi 1 ədəd dolu imza vərəqəmizi cırdı. Ancaq bu hallar kütləvi hal almadı. Ən azından bizə çatan məlumatlar belə idi. Bakıda da həmçinin polis müdaxiləsi ilə üzləşmədik. Ümid etmək istərdim ki, hakimiyyət ən azından bundan sonrakı mərhələyə də müdaxilə etməyəcək. Hələlik bizim müşahidələr qeyd etdiyim kimidir. Gələcəkdə, yəni əgər qeydə alınsaq, növbəti mərhələlərdə necə olacağı barədə nəsə deyə bilmərəm”.

VİP-in namizədi Əli Əliyev ile ilgili görsel sonucu

VİP-in namizədi Əli Əliyevin seçki qərargahının rəhbəri Ramil Hüseynov da bildirib ki, hələ ki prezident seçkiləri ilə əlaqədar hər hansı maneə ilə üzləşməyiblər: “Artıq imzatoplama kampaniyası başa çatıb və partiyanın namizədinin qeydə alınması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. İmzatoplama zamanı biz heç bir problemlə rastlaşmamışıq. İmza toplayan nümayəndələrimiz hökumətin heç bir nümayəndəsinin hər hansı bir təzyiqi və ya digər maneə ilə qarşılaşmayıb. Bu müddət ərzində Mərkəzi Seçki Komissiyasına etdiyimiz müraciətlərə müsbət cavab almışıq, aramızda heç bir anlaşılmazlıq olmayıb”.

Bu arada dünən ATƏT-in Parlament Assambleyasının seçki ilə bağlı qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycana gəlib. N.Sena qarşıdakı prezident seçkisində ATƏT-in xüsusi koordinatoru kimi xidmət edəcəyindən qürur duyduğunu və bu səfəri faydalı hesab etdiyini deyib: “Azərbaycan və ATƏT-ə öz töhfəmi verəcəyimə görə şadam”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ermənişunas alim Nikol Paşinyanın “qələbəsini” belə şərh etdi…

Ermənistan dövlətinin tarixi ənənəsi davam edir Ermənistan Respublikasının keçdiyi tarixi yola nəzərsalma onun hər hansı …