Şənbə , Noyabr 17 2018
Ana səhifə / Siyasət / Milli Məclisin sədri deputata əsəbləşdi: “Kiməsə dərs keçmə”

Milli Məclisin sədri deputata əsəbləşdi: “Kiməsə dərs keçmə”

Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı 7 məsələ müzakirəyə çıxarılıb.
Avropa.info xəbər verir ki, müzakirələr zamanı millət vəkili Zahid Oruc bildirib ki, ölkədə alternativ cəzaların sayının artmaması narahatlıq doğurur.
Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansı qərara, hökmə rast gəlinməyib.
“Alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək gəlmək olmur”.

Z. Orucun çıxışınayerdən bəzi deputalar tərəfindən etirazlar olub. Bu isə millət vəkilini əsəbləşdirib: “Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.
Spiker Oqtay Əsədov da deputatı çıxşını bitirməyə çağırıb: “Kiməsə dərs keçmə”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Yeddi ay boş qalan vəzifənin Eldar Əzizova həvalə edilməsinin səbəbləri

Prezident İlham Əliyev iki böyük şəhərə rəhbərlik etmiş təcrübəli kadrı düz 4 ay sınaq müddətində …