Şənbə , Dekabr 15 2018
Ana səhifə / Siyasət / Milli Məclisin rəhbərliyi parlamentin yubileyini unutdu

Milli Məclisin rəhbərliyi parlamentin yubileyini unutdu

Daha öncə virtualaz.org-un yazdığı kimi, Milli Məclisin dünənki iclasında gözlənilməz hadisə baş verib. Parlamentin spikeri Oqtay Əsədov deputat Fazil Qəzənfəroğlunun birinci Azərbaycan Respublikasının banilərinin və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifini rədd edib.

Qeyd edək ki, dünən – dekabrın 7-də Azərbaycan əlamətdar hadisəni – ölkə tarixində ilk parlamentin yaradılmasının 100 illiyini qeyd edirdi. Məktəb proqramından da yaxşı məlumdur ki, 1918-ci il dekabr ayının 7-də Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında 120 deputatdan ibarət parlamentin təntənəli açılışı keçirilib.

Lakin məlum olub ki, Milli Məclisin sədri Oqtay Əsədov ilin ən vacib hadisəsini unudub. Daha doğrusu, parlamentin rəhbərliyi bu əlamətdar günə hazırlaşmayıb.

Milli Məclisin dünənki iclasının videokadrlarından da göründüyü kimi, sədr müavini Ziyafət Əsgərov Oqtay Əsədova bu hadisəni xatırladaraq deyir: “Bu gün parlamentin ilk iclasının 100 illiyidir, bəlkə bir deyəsən?” Bu zaman Ziyafət Əsgərovun diqqətindən yayınıb ki, qarşısındakı mikrofon söndürülməyib.

Bundan sonra əhvalını pozmayan Oqtay Əsədov zala müraciətlə deyib: “Hörmətli millət vəkilləri, bildiyiniz kimi (!), 100 il əvvəl bu gün Azərbaycan parlamentinin ilk iclası keçirilib. Bu münasibətilə sizi təbrik edirəm”.

>

VIPedu.BIZ

Həmçinin oxuyun

Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır” Azvision.az erməni …