Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Mən ölməliydim, o yox” – İsgəndər Həmidovun qayınanası

“Mən ölməliydim, o yox” – İsgəndər Həmidovun qayınanası

“Bu gecə Rənanın ən uzun, acılı-ağrılı gecəsi idi.”

AzNews.az xəbər verir ki, bunu istiqlalçı millət vəkili, keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovun qayınanası Adilə xanım söyləyib. Onun sözlərinə görə, Rəna Həmidovanın xərçəng uzun zamandır ki, içində kök salıb:

“Xəstəlik onu yeyib-yeyib bitirmişdi. Rəna həmişə sağalacağına ümid edib. Onun içində bir işıq vardı. Həmişə deyirdi ki, Allahdan ümid üzülməz. Amma, sən demə, yanılıb. Balamın gözünün içinə baxa-baxa onu itirdik. Əlimizdən heç nə gəlmədi. Bütün Bakının həkimləri də onun dərdinə əlac edə bilmədi. Rəna, məni bu dərdli ananı qoyub niyə getdin? Mən ölməliydim, o yox. Rəna məni yandırıb-yaxdı. Gecə səhərə kimi yatmadı, ağrıdan qovrulurdu. Yalvardım Allaha, dedim ki, bir möcüzə göstər balamı bu zülmdən qurtarsın. Həyat onun üçün bitməsin. Sakitcə baxırdı. Hər kəs gizlincə ağlayırdı. İstəmirdik ki, gözümüzdə yaş görsün.”

Balasının ölümü ilə barışmayan ana gah onun meyitinin yanında uzanır, gah da ona laylay deyirdi:

“İndi mən bu evə necə gələcəm? Bu balaları kimin ümidinə qoydun, Rəna? Öləcəyini bilirdin deyə, onları yerbəyer etdin?”

Rəna Həmidovanın cənazəsi evindən çıxarılanda Adilə xanımın harayına ancaq bu şəkillər çatdı. O şəkillər ki, balasının ən xoşbəxt günlərində çəkilmişdi.
“Mən ölməliydim, o yox”
“Mən ölməliydim, o yox”
“Mən ölməliydim, o yox”
“Mən ölməliydim, o yox”
“Mən ölməliydim, o yox”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın