Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Siyasət / İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır

İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Dövlətimizin başçısı Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz olaraq qaldığını vurğulayıb.

Prezident qeyd edib ki, bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir.

“Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.

Həmçinin oxuyun

Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb. …