Hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 83, məhkəmələrə 2 iş göndərildi – Nazirlikdən sərt qərarlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dekabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Mia.az nazirliyin saytına istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb.
Ekoloji qanun pozuntulara görə 105 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 25 iş üzrə 32780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 19787,2 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 131 iş üzrə 17515,22 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 83, məhkəmələrə isə 2 iş göndərilib.

 

Zdrave universal kremi zdrave forte