Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Siyasət / Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı – Beynəlxalq axtarışdadır

Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı – Beynəlxalq axtarışdadır

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb.

“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Adamkul Junusov avqustun 28-də “vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib.

İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib. Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür.

Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Putinin yanındakı Şuranın eksperti deputat Gövhər Baxşəliyevaya cavab verir

Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın qalmaqallı çıxışı yalnız ölkənin ictimai rəyində deyil, həm də Rusiyanın …