Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Siyasət / Deputatlar arasında mübahisə düşdü, spiker müdaxilə etdi: “Camaata dərs keçmə”

Deputatlar arasında mübahisə düşdü, spiker müdaxilə etdi: “Camaata dərs keçmə”

Milli Məclisinin bu gün keçirilən plenar iclasında mübahisə düşüb.

Bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb. Z.Oruc da “Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib:

“Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Əliyev – Lukaşenko görüşündən mühüm gözləntilər var

Bu gün Minskdə Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında görüş baş …