Cümə axşamı , Yanvar 24 2019
Ana səhifə / Siyasət / Deputat keçmiş məmurun hamamının hərraca çıxarılmasını təklif etdi

Deputat keçmiş məmurun hamamının hərraca çıxarılmasını təklif etdi

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır. Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz”.
Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlament komitələrinin büdcə müzakirələri zamanı deyib.
Deputat qeyd edib ki, bu gün Azərbaycandan xaricə “beyin axını” problemi var: “Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğu üçün elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8-9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.
Deputat eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarmasına münasibət bildirib.
F.Ağamalı deyib ki, indi hansısa keçmiş məmurun hamamını satışa çıxarması barədə xəbərlər yayılır: “ Mən başa düşmürəm ki, onun əmlakını satışa çıxarmasına niyə icazə verilməlidir? Olmazdımı ki, həmin əmlaklar hərraca qoyulsun və əldə olunan gəlir dövlətin hesabına keçirilsin. Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axını baş verməsinin qarşısı alınsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.
O, həmçinin Milli Məclisin ezamiyyə xərclərinin çox aşağı olduğunu vurğulayıb: “Maliyyə xərclərinin az olmasına görə, ayrı- ayrı dövlətlərlə kifayət qədər problemlərimiz çıxıb. Bu vəsaitin artırılmasına ehtiyac var”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Cavan nazirlərdir, amma yuxarıdan gedirlər” – Deputatdan sərt reaksiya

“Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, …