Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Siyasət / Deputat azərbaycanlı bacıların İsveçdə uğurundan danışdı

Deputat azərbaycanlı bacıların İsveçdə uğurundan danışdı

Ötən həftə İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız olan iki bacı Aylin Fazelianın Sosial-demokrat partiyasından ölkə parlamentinə, onun bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından əyalət parlamentinə üzv seçilməsinə Azərbaycan Milli Məclisinin üzvü Zahid Oruc münasibət bildirib. “Yeni Müsavat” qəzetinə açıqlamasında Zahid Oruc qeyd etdi ki, bu hadisə çox yaxşı bir hadisə kimi dəyər aldı.

Картинки по запросу Zahid Oruc

Lakin onun arzu etdiyi səviyyədə ictimai reaksiyalar və yaxud bundan çıxarılmalı olan uğurlu nəticələrin hamısının şahidi olmadıq: “Biz ilk növbədə bunu dəyərləndirməliyik ki, dünyada xalqlar bu və ya digər səbəbdən yalnız milli dövlətləri ərazisində deyil, daha geniş məkanlarda səpələnib yaşayırlar. Bu tarixi reallıqdır, qaçılmazdır və belə olması daha yaxşıdır. Bu bir sıra imkanlar açır. Azərbaycanlı xanımların indiki halda idaərəetmə strukturlarından birində yer almaları uzun 10 illərdir dövlətimizin, millətimizin arzuladığı nəticəni ortaya qoyur. Bu da ondan ibarətdir ki, bu yalnız orta və aşağı həlqələrdə xüsusilə də xidmət sektorunda deyil, daha üst qata çıxmaq deməkdir. Biz bunu hər zaman arzulamışıq. Bizim indiki danışdığımız hadisədə iki azərbaycanlı o nümunəni yaradır ki, bizim insanlarımız yaşadıqları ölkələrdə təşkilatlansınlar, konkret hədəflər uğrunda mübarizə aparsınlar. Biz burada dərhal da bir dövləti və milli məqsəd də güdmürük. Yetər ki, onlar sadəcə uğurlu insan olsunlar. Yəni adamlarımızı bir sıra hallarda yalnız uğursuzluq zolağında təsvir eləmək vəziyyəti aradan qalxmış olacaq. Baxın, Rusiya məkanında ermənilərin nə qədər aktiv səviyyədə informasiya məkanında, mühüm yerlərdə mövqe tutmalarından bəhs edilir. Bizim millətin təmsilçiləri niyə bu cür mövqelərə sahiblənməsin?! Axı bu mümkündür. Uğurlu azərbaycanlılar bizə həddən artıq gərəkdir ki, millətin öz gücünə inamı daha da artsın”.

Z.Oruc onu da dedi ki, bu hadisədən danışanda Avropaya səpələnmiş və ölkəsini, onun hakimiyyətini, atributlarını hədəfə çevirən xəyanətkarlara da reaksiya vermək lazım gəlir: “Fərqli bir nümunədir. Bir qismi uğursuzluqlarını yalnız hakimiyyətə bağlayıb müxtəlif paytaxtların qapılarında dilənirlər və sədəqə axtarışlarında da hər cür xəyanət projelərinə qoşulmağa hazırdırlar. Belə rəzillər İsveç parlamentinə düşməyi öz uğurlu fəaliyyəti ilə qazanan azərbaycanlı xanıma baxıb xəcalət çəkməlidirlər. Bu xanım azərbaycanlıların adına uğur gətirir. Xəyanətkar rəzillər isə utanc yeridirlər. Onlar bu iki xanımın kölgəsində İŞİD tör-töküntüləri kimi görünürlər. Vidadi İsgəndərlisi, Orduxan Teymurxanlısı və onun kimilər İsveçdə uğur qazanan bu azərbaycanlı xanımların ayağının altındadırlar. Əsl kişi mübarizəsini soydaşlarımız olan həmin xanımlar aparırlar”.

Həmçinin oxuyun

Mədət Quliyevlə bağlı sərəncam verildi – DTX rəisinin rütbəsi artırıldı

 Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət …