Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Siyasət / “Daşaltı əməliyyatı Müdafiə Nazirliyinin böyük səhvi idi…”

“Daşaltı əməliyyatı Müdafiə Nazirliyinin böyük səhvi idi…”

Sosial şəbəkənin erməni istifadəçiləri 1992-ci il yanvarın 25-dən, 26-na keçən gecə həyata keçirilən Daşaltı əməliyyatı zamanı şəhid olan əsgərlərimizin fotolarını paylaşıb. Görüntülərdə şəhid olmuş xeyli sayda hərbçimizin fotoları nümayiş olunur. 
Şuşa özünümüdafiə batalyonunun döyüşçüsü, həmçinin Daşaltı əməliyyatının iştirakçısı olmuş Cahid Ələkbərov Moderator.az-a açıqlamasında Daşaltı əməliyyatı haqqında fikirlərini bildirib. “Daşaltı əməliyyatı plansız əməliyyat idi və ona görə də çox itki verdik. Həmin ağır döyüşdə 90-dan çox hərbçimiz şəhid oldu. Erməni tərəfi də çox sayda itki verdi. Ermənilər mühasirədə olduğu üçün bilirdilər ki, qırılacaqlar və ona görə də son güclərinə qədər döyüşdülər. Hücuma keçən tərəf biz olduğumuz üçün daha çox itki verdik”.
 C.Ələkbərov əməliyyatda bələdçilərin satqınlıq etməsi barədə deyilənlərlə isə razılaşmayıb:
“Əməliyyatın uğursuz olması Müdafiə Nazirliyinin özünün böyük səhvi idi. Bu döyüşdə bələdçilər satqınlıq etməyib. Daşaltı əməliyyatının bələdçilərindən bir nəfəri sağdır, digərləri isə şəhid olub. Onlardan biri də qardaşım Zahid Ələkbərov idi ki, elə həmin əməliyyatda şəhid oldu”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Ermənişunas alim Nikol Paşinyanın “qələbəsini” belə şərh etdi…

Ermənistan dövlətinin tarixi ənənəsi davam edir Ermənistan Respublikasının keçdiyi tarixi yola nəzərsalma onun hər hansı …