Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Bu işdə Eldar Mahmudov məsuliyyət daşıyır” – Deputat

“Bu işdə Eldar Mahmudov məsuliyyət daşıyır” – Deputat

“Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir. Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov APA-ya müsahibəsində MTN işi ortaya çıxandan sonra aparılan islahatlarla bağlı sualı cavablandırarkən deyib. Z. Əsgərov bildirib ki, qəbul edilən qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır: “Məsələn, bu yaxınlarda “Hərbi vəziyyət haqqında” qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək”.

Z. Əsgərov MTN cinayətləri haqda əvvəlcədən heç bir xəbərinin olmadığını da qeyd edib. O, bu cinayətlərdə MTN-ə vaxtilə rəhbərlik edən nazirin məsuliyyət daşıdəğənə qeyd edib: “Təqsiri olan hər bir şəxs, sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın