Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Siyasət / Bu gün İlqar Məmmədovun məhkəməsidir

Bu gün İlqar Məmmədovun məhkəməsidir

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun bu gün məhkəməsidir. Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının vicdan məhbusu haqqında qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

Avqustun 3-də Şəkiyə aparılan partiya sədrinin bu məhkəməsinə ümidlər böyükdür. Ona verilən 7 illik həbs cəzasının bitməsinə 1 il 6 ay qaldığı nəzərə alınaraq, onun azadlığa çıxma şansları yüksək qiymətləndirilir. Xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin bu məhkəmə prosesini izləyəcəkləri gözlənilir.

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onun son durumu və məhkəmə prosesi barədə bunları dedi: “İlqar Şəkiyə aparılandan onunla görüşməmişik, amma telefon əlaqəmiz olub. Ümumi vəziyyəti normaldır. Lakin uzun müddətdir kamerada olmadığı üçün insan bir az sıxılır. Şəki həbsxanasında bir az su problemi var. Ona görə belə yüngül problemlə üzləşib. Telefon danışığı zamanı məhkəməsi barədə hər hansı bir fikir söyləmədi. Əslində bu məhkəmənin olması bir az qəribədir. Çünki Avropa Məhkəməsi İlqar barəsində keçirilən məhkəmə proseslərinin doğru aparılmadığını bildirib. Bu o demək idi ki, burada verilən qərarların hamısı ləğv olunmalı idi.

İ.Məmmədovun həyat yoldaşı ile ilgili görsel sonucu

Amma Ali Məhkəmənin Plenumu, sadəcə, iki qərarı ləğv etdi. Nəticədə iş üçüncü dəfə Şəki Apelyasiya Məhkəməsinə göndərildi. Bunun mənasını başa düşmürük. İki dəfə Şəki Məhkəməsi bu işə baxaraq, eyni qərarı verib. Üçüncü dəfə nəyə baxacaq? Bu məhkəmədən gözləntilərim var. Çünki günahsız bir insanı uzun müddətdir həbsdə saxlamaq doğru deyil. Azərbaycan hakimlərindən ədalətli qərar gözləyirəm. İlk məhkəmə prosesinə getməyəcəm. Çünki bu məhkəmənin bir proseslə yekunlaşmağını gözləmirəm”.

REAL Məclisinin başqanı Azər Qasımlı xarici nümayəndələrin məhkəmə prosesində iştirak edəcəklərini bildirdi: “Biz dəvət etməmişik, amma onların iştirak edəcəkləri barədə məlumat almışıq. Bu da normaldır, çünki İlqar Məmmədovun işi çox önəmlidir. Xarici nümayəndələr iştirak etməsələr, bundan çox təəccüblənərdim. Açığı, bu məhkəmədən gözləntimiz 50-50-yədir. Azad oluna da bilər, olunmaya da. Əvvəlki səhv qərarlardan, nəhayət, vaz keçilsin. Lakin bunun olacağına o qədər də ümidli deyiləm. Çünki indiyə qədər dəfələrlə gündəmə İlqar Məmmədovun azad ediləcəyi xəbərləri gəlib. Çox istərdik ki, İlqar azad olunsun. İndiki məhkəmə prosesi uzana da bilər. Bir aya da bitməsi mümkündür. Hətta avqustun 10-dakı prosesdə onu azad da edə bilərlər. 6 ay, yaxud bir il də uzadılsa təəccüblənmərik. Konkret məhkəmədən və hakimdən biz heç nə gözləmirik”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müxalifət düşərgəsinin bəzən İlqar Məmmədov kimi məhbusların azad edilməməsinə səbəbkar olduğunu söylədi: “Mən də məhbus həyatı yaşamışam. Bir də görürsən ki, məhbusu hakimiyyət tərəfdən azad etməyə belə meyl olur. Həmin vaxt dərhal, əsasən də radikal müxalifətdən olan tərəf ”biz məcbur etdik, filankəs buraxılacaq” deyə bilərəkdən ortalığa şüarlar atırlar. Çünki İlqar kimi məhbusların həbsdə qalmaları o alverçilərə sərf edir. Xaricdən qrant almaq üçün belə şəxslərin adlarından istifadə edirlər. Hesab edirəm ki, bəzi insanlar əgər dövlətçiliyə xidmət etmək qərarındadılarsa, kiməsə zərər vurmayacaqlarsa, bunları nəzərə almaq lazımdır. Düşünürəm ki, hər kəs azadlıqda dövlətinə daha çox xidmət edə bilər. Heç bir əhəmiyyəti olmayan dirəşmə, yaxud saxta qəhrəmanlar düzəltmək heç kimə lazım  deyil. Məhbəsdə olanda bəzi şeylər yaşamışam. Bir də görürsən ki, kənardan səni çox istədikləri görüntüsünü yaradırlar, amma azadlığa çıxandan sonra fərqli münasibət görürsən. Bu adamlar səni ya həbsxanada, ya da qəbirdə daha çox sevirlər. Ona görə də İlqar və başqaları məsələlərə bir qədər fərqli baxmalıdırlar. Onlar dövlətin xidmətində duracaqlarsa, azadlığa çıxmaları daha məqbul məsələdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, biri var onun özü, yaxud ailəsi, ziyalılar azadlığa çıxması üçün müraciət edirlər, bir də var ki, xarici təsisatların basqılarını təşkil edirlər. Bunlar fərqli məsələlərdir. Burada bazası olmayan radikal müxalifət, sosial şəbəkə istifadəçiləri guya öz aləmlərində basqılar edir, təzyiq altında nələrəsə nail olduqları görüntüsünü yaratmağa çalışırlar. Amma unutmaq olmaz ki, hökumət xaricdən və daxildən olan basqılarla iş görmür. İşlərimizi özümüz görürük. Bu baxımdan kənar basqıları bir tərəfə qoymaq lazımdır. Məhbusların azadlığa çıxmasının tərəfdarı olduğum kimi, barələrində müraciətlər edilən tanınmışların azad olunmasını istərdim. Onu da unutmaq olmaz ki, məhkəmənin qərarı olur və ondan sonra icrası başlayır. Artıq hakimiyyətlə məhbus arasındakı münasibət məhkəmə qərarı ilə müəyyənləşib. Hər iki tərəf öz işi ilə məşğul olur. Sadəcə, bu şəxsin özü, ailəsi, yaxud ona yaxın şəxslər tərəfindən azad olunması üçün müraciətlər olardısa, o zaman hakimiyyətin münasibəti barədə danışmaq olardı. Amma hələ ki bunlar yoxdur. İndi müraciətlər olarsa və hakimiyyət hansı addımları atarsa, o zaman danışa bilərik”.

İ.Məmmədovun vəkili Fuad Ağayev məhkəmə prosesi barədə danışmağın tez olduğunu söylədi: “Öncəliklə proqnoz verməyi xoşlamıram. Məhkəmə proseslərinin uzanıb-uzanmayacağı barədə də nəsə deyə bilmərəm. Çünki bu tək məndən və İlqar Məmmədovdan asılı məsələ deyil”.

Həmçinin oxuyun

Sərdar Cəlaloğlu: “16 oktyabr hadisələrində günah xalqda idi”

“Əslində, bu hadisələrin belə qurtarmasında müxalifətin heç bir səhvi olmadı, yanlışlıq xalqda idi. Seçkidə müxalifətə …