Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Bir daha “AZAL”ın hansı rəzil durumda olduğunun şahidi oldum”

“Bir daha “AZAL”ın hansı rəzil durumda olduğunun şahidi oldum”

Bu gün təxminən saat 12 radələrində bir nəfərin müdafiəsi ilə bağlı Heydər Əliyev adına Hava Limanında oldum. Yeni uçuş zalından köhnə zala getmək lazım oldu. Heç bir maneəsiz, yoxlamasız sərhəd keçidinə gəldim. Sərhədçilərlə məsələni araşdırarkən bir nəfər, çox güman ki, təhlükəsizlik xidmətinin əməkdaşı heç bir normaya sığmayan tərzdə “niyə çığırırsan” deyə mənə irad tutdu. Ona fikir verəndə hər halda hansısa təsir (ya içki, ya da narkotik) altında olduğunu gördüm. Bir daha “AZAL”ın hansı rəzil durumda olduğunun şahidi oldum. Sərhəd pasport nəzarət məntəqəsinə qədər heç kim yox idi. Bir nəfər də hara, nə üçün getdiyimi soruşmadı. Bu cür təhlükəsizliklə istənilən hadisə baş verə bilər. Bu sahəyə cavabdeh olan şəxslər həmin müddət təhlükəsizlik kameralarına baxsalar dediklərimin təsdiqini taparlar.

Aslan İsmayılov, tanınmış hüquqşünas

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın