“Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq” – Tofiq Yaqublu

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.

Azinforum.az xəbər verir ki, T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

“Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram”, – deyə o vurğulayıb.

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.

Zdrave universal kremi zdrave forte