Cümə , Yanvar 18 2019
Ana səhifə / Siyasət / Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq

Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq

Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcəklər.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

“Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir», – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi – 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Tural Gəncəliyevdən Babayana sərt cavab

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e …