Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Azərbaycan” Nəşriyyatı icarə haqqını artırdı

“Azərbaycan” Nəşriyyatı icarə haqqını artırdı

“Azərbaycan” Nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün nəzərdə tutulmuş kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətləri artırılıb.Bu barədə nəşriyyat elan yayıb.

Elan mətnində qeyd olunub ki, son vaxtlar respublikada enerji daşıyıcılarının qiymətlərinin kəskin artması səbəbindən “Azərbaycan” Nəşriyyatı redaksiya və digər təşkilatlarla bağlanmış kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətlərinə dəyişiklik etmək məcburiyyətindədir.

Bununla əlaqədar, gələn ilin yanvar ayının 1-dən etibarən kommunal xərclərə görə müqavilə qiymətləri 36 faiz artırılacaq.

Gələn il üçün kommunal və istehsal üzrə müqavilələr nəşriyyatın iqtisadiyyat şöbəsində təqdim olunur.

Nəşriyyatın rəhbərliyi həmin tarixdən etibarən kommunal xərclərini yeni qiymətlərlə ödənilməsini xahiş edir. 2017-ci il üçün müqavilələr bağlanana qədər debitor borclarının ödənilməsi vacibdir.

elan

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın