Şənbə , Yanvar 19 2019
Ana səhifə / Siyasət / Avropalı diplomatlar Mehman Hüseynova baş çəkdilər

Avropalı diplomatlar Mehman Hüseynova baş çəkdilər

Dünən avropalı diplomatların bir qrupu məhkum olunmuş bloger Mehman Hüseynova baş çəkib.

Məlumata görə, Bakı istintaq təcridxanasında Mehman Hüseynovla görüşdə Niderland səfirliyinin nümayəndəsi Cumerta Cahiç, Böyük Britaniya səfirliyinin nümayəndəsi Ceyms Holder, Fransa səfirliyinin nümayəndəsi Antoni Simenel, Almaniya səfirliyinin nümayəndəsi Anita Konrad, Çexiya səfirliyinin nümayəndəsi Daniel Putik, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısının müavini Denis Danidilis iştirak ediblər.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayının 26-da Mehman Hüseynova qarşı islah müəssisəsinin əməkdaşının döyülməsi faktı üzrə yeni ittiham irəli sürülüb. Buna etiraz olaraq Hüseynov aclıq aksiyası keçirib.

Qeyd edək ki, dünən məhkum bloger ictimaiyyətə müraciət edərək, sağlam olduğunu, qida qəbul etdiyini və aclıqdan sonra bərpa olunduğunu bildirib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər

Avropa Parlamentinin (AP) “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərəzin növbəti nümunəsidir. …