Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Siyasət / “AKKORD” ŞİRKƏTİNİN İNŞA ETDİYİ YAŞAYIŞ BİNASINDA DAHA BİR YANĞIN OLUB

“AKKORD” ŞİRKƏTİNİN İNŞA ETDİYİ YAŞAYIŞ BİNASINDA DAHA BİR YANĞIN OLUB

Dekabrın 24-də Abşeron rayonunda “AKKORD” şirkəti tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 9 p.m. yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azinforum.az bildirir ki, hadisə Bakı-Sumqayıt magistral yolunun kənarında yerləşən Abşeron Gənclər Şəhərciyində baş verib. Şəhərciyə qazın verilməməsi səbəbindən elektrik naqillərində baş verən yüklənmə anoloji hadisələrə səbəb olur. Bu  bir ay ərzində baş verən 3-cü oxşar hadisədir. Sakinlər bildirir ki, 5 ildir onları qaz verəcəklərilə aldadırlar, lakin ortada heç nə yoxdur: “Hər gün gəlib qazları yoxlayıllar. Bizi qaz verəcəklərilə aldadırlar. Ara sakitləşən kimi çıxıb gedirlər”.

 

 

Həmçinin oxuyun

“Ermənistanda qarşıdan gələn seçkilərdən sonra…” – NAZİR

Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxış edib. Ermənistanda qarşıdan gələn seçkilərdən …