Cümə axşamı , Sentyabr 20 2018
Ana səhifə / Siyasət / ABŞ-dan İtaliyaya Qarabağla bağlı müraciət:“Problemin həllinə qətiyyətli dəstək verin”

ABŞ-dan İtaliyaya Qarabağla bağlı müraciət:“Problemin həllinə qətiyyətli dəstək verin”

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb.

Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

Missiyanın bəyanatında qeyd olunur: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğunu nəzərə alınmalıdir”. (Trend)

Həmçinin oxuyun

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar – İLK DƏFƏ

İctimai Televiziyanın efirində “Radius” hərbi-analitik proqramının ilk verilişi efir üzü görüb. İlk efirdə xüsusi reportaj …