24 İyun 2017, Şənbə

Şabranda “yaşıl soyqrım”a göz yumulur

01:04 | 19.06.2017
713 dəfə oxundu

Hesab edirik ki, baş alıb gedən “qətliam”larla bağlı açıqlamanın dərcindən sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyində səlahiyyət sahibi olan şəxslər əməli addımlarının atıb, yaşanan olaya mütləq münasibətlərini bildirəcəklər

Şabranda “yaşıl soyqrım”a göz yumulur - VİDEO

“Gündəm Xəbər”in əldə etdiyi müfəssəl məlumatlara görə, Şabran rayonunun Pirəbədil və Zeyvə kəndlərinə məxsus meşə zolaqlarında fısdıq və palıd ağaclarının kütləvi “qətliam”ına qərar verilib. Bu haqda məlumatları redaksiyamıza çatdıran, amma adının çəkilməsini istəməyən rayon sakinlərinin iddialarına görə, böyük bir ərazini əhatə edən qanunsuz ağackəsmə prosesi heç də səlahiyyətli orqanların, xüsusilə də Şabran rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru cənab Bəybala Allahyarovun diqqətindən yayınmayıb. Amma, nə fayda!

Onu da vurğulayaq ki, sakinlərin iddialarına görə kəsilən ağaclar rayon ərazisində fəaliyyət göstərən və yüksək çinli vəzifə sahiblərindən birinə məxsus olan parket sexinə daşınır. Xüsusi qeyd ediləsi hal isə odur ki, kəsilən ağaclar adları qeyd olunan kəndlərə məxsus meşə zolaqlarının orta hissələrindən doğranır və bunun da özəl səbəbləri var. Yəqin ki, meşə zolaqlarına “qənim kəsilənlər” əmələ gələn bəzi izi-tozu itirmək üçün, məhz belə bir addımlarını atmağa qərar verirlər.

Şabranda “yaşıl soyqrım”a göz yumulur - VİDEO

Hesab edirik ki, Bəybala müəllimin direktorluq etdiyi Şabran meşələrində baş alıb gedən “qətliam”la bağlı açıqlamanın dərcindən sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyində səlahiyyət sahibi olan şəxslər əməli addımlarının atıb, yaşanan olaya mütləq münasibətlərini bildirəcəklər. O da heç cür inandırıcı hal deyil ki, bənzəri olmayan “qətliam” da Şabran MMBM-nə rəhbərlik edən şəxsin “barmağı olmasın”. Çünki əldə etdiyimiz məlumatlara görə, rayonun meşə zolaqlarında bu cür addımlar atılarkən hər kəs mütləq meşə təsərrüfatına rəhbərlik edən şəxsin “bığını altından” keçməli və onun “xeyr-duası”nı da almalıdır.

Şabranda “yaşıl soyqrım”a göz yumulur - VİDEO

P.S. Yaşanan olay diqqətimizi cəlb etdiyindən bu yöndə araşdırmalarımızı davam etdirib, yaxın günlərdə daha geniş açıqlamanı çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq. O halda həmin sexin hansı vəzifə sahibinə məxsus olması yəqin ki, hər kəsə də bəlli olacaq.
Şabranda “yaşıl soyqrım”a göz yumulur - VİDEO