29 Aprel 2017, Şənbə

Şə­rab­çı­lıq sə­na­ye­sin­də Azər­bay­can döv­lə­ti­nin on mil­yon­lar­la və­sa­i­ti mə­nim­sə­ni­lib…

15:01 | 12.01.2017
730 dəfə oxundu

“Yə­qin ki, öl­kə baş­çı­sı­nın tap­şı­rı­ğın­dan son­ra apa­rı­la­caq kompleks yox­la­ma­lar bu sa­hə­də olan ne­qa­tiv­lik­lə­ri üzə çı­xa­ra­caq”

Gü­nel Fər­had­qı­zı: “Bu sa­hə­ni in­ki­şaf et­di­rib öl­kə­yə val­yu­ta qa­zan­dır­maq üçün bi­zim qar­şı­mız­da heç bir prob­lem yox­dur”

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev yan­va­rın 10-da Na­zir­lər Ka­bi­ne­ti­nin ic­la­sın­da­kı ye­kun nit­qin­də şə­rab­çı­lıq sa­hə­sin­də­ki və­ziy­yə­tə və öl­kə­dən şə­rab ix­ra­cı­nın çox cü­zi sə­viy­yə­də ol­ma­sı­na da to­xu­nub. Pre­zi­dent Azər­bay­can­da il ər­zin­də cə­mi 20 mil­yon bu­tul­ka şə­rab is­teh­sal olun­du­ğu­nu de­yib. “İx­rac isə çox az­dır” – İl­ham Əli­yev vur­ğu­la­yıb.
“Bi­zim sa­hib­kar­lar şə­rab ix­ra­cın­dan cə­mi 2-3 mil­yon dol­lar pul əl­də edir­lər. Ona gö­rə Azər­bay­can şə­ra­bı­nı dün­ya ba­zar­la­rı­na çı­xar­maq üçün çox cid­di ad­dım­lar atı­lıb. Biz bir ne­çə bey­nəl­xalq sər­gi­də iş­ti­rak et­mi­şik, kontraktlar bağ­la­nıb. Dost, tə­rəf­daş öl­kə­lər­lə biz bir­ba­şa bu da­nı­şıq­la­rı apa­rı­rıq ki, on­lar öz ba­zar­la­rın­da bi­zim şə­ra­bı­mız üçün kvo­ta ayır­sın­lar, biz öz şə­ra­bı­mı­zı ix­rac edə bi­lək. Sa­hib­kar­lar da bu­ra­da da­ha da fə­al ol­ma­lı­dır­lar, on­la­rın ma­ra­ğın­da­dır” – Pre­zi­dent çı­xı­şın­da de­yib.
Döv­lət baş­çı­sı əla­və edib ki, şə­rab­çı­lıq­la bağ­lı və­ziy­yət cid­di təh­lil edil­mə­li­dir. Bu­nu həm iq­ti­sa­di struk­tur­lar, həm hü­quq-mü­ha­fi­zə, həm ver­gi or­qan­la­rı hə­ya­ta ke­çir­mə­li­dir.
Si­tat: “Çün­ki bu­ra­da çox qə­ri­bə bir mən­zə­rə üzə çı­xır. Bi­zim möv­cud şə­rab za­vod­la­rı­mı­zın il­lik is­teh­sal gü­cü 100 mil­yon bu­tul­ka­dır. Bu za­vod­la­rın bö­yük ək­sə­riy­yə­ti son il­lər ər­zin­də ti­ki­lib, ora­ya bö­yük və­sa­it də qo­yu­lub və mü­a­sir ava­dan­lıq qu­raş­dı­rı­lıb. Ne­cə ola bi­lər ki, 100 mil­yon bu­tul­ka is­teh­sal gü­cü olan za­vod­lar­da cə­mi 20 mil­yon bu­tul­ka şə­rab is­teh­sal olu­nur? Ya bu pu­lu qo­yan sa­hib­kar pu­lu­nun qəd­ri­ni bil­mir, ya da ki, ora­da is­teh­sal da­ha da bö­yük­dür, o qey­diy­ya­ta düş­mür. Ne­cə de­yər­lər, ora­da qa­nun­suz is­teh­sal baş ve­rir. Ona gö­rə bu mə­sə­lə cid­di araş­dı­rıl­ma­lı­dır və qeyd et­di­yim ki­mi, bü­tün mü­va­fiq qu­rum­lar mə­nə ara­yış ha­zır­la­sın­lar və bu sa­hə­də də qay­da-qa­nun ya­ra­dıl­ma­lı­dır.”
Pre­zi­dent qeyd edib ki, şə­rab­çı­lıq bö­yük gə­lir gə­ti­rə bi­lə­cək sa­hə­dir. Onun söz­lə­ri­nə gö­rə, vax­ti­lə ulu ön­də­rin döv­rün­də, 1970-ci il­lər­də 2 mil­yon ton üzüm yı­ğı­lır­dı. Kəndli­lər bö­yük və­sa­it əl­də et­miş­di­lər. “Əf­sus­lar ol­sun ki, son­ra həm so­vet rəh­bər­li­yi, həm də ki, so­vet rəh­bər­li­yi­nin xo­şu­na gəl­mək is­tə­yən yer­li rəh­bər­lər üzüm bağ­la­rı­nın bir his­sə­si­ni qır­mış­lar. An­caq biz in­di bər­pa edi­rik. Bər­pa edər­kən biz gə­rək bü­tün zən­ci­ri nə­zə­rə alaq, yox­sa üzüm bağ­la­rı­nı sa­la­ca­ğıq, son­ra ha­ra sa­ta­ca­ğıq, ha­ra­da emal olu­na­caq, ha­ra­da sa­tı­la­caq? Bax, bu va­hid kompleks təd­bir­lər gö­rül­mə­li­dir və bu­ra­da ay­dın­lıq ol­ma­lı­dır” – İl­ham Əli­yev şə­rab­çı­lıq ba­rə­də fi­kir­lə­ri­ni be­lə ye­kun­laş­dı­rıb.
İq­ti­sad­çı Gü­nel Fər­had­qı­zı mə­sə­lə ilə bağ­lı “bakı-xeber”-e açıq­la­ma­sın­da bil­dir­di ki, öl­kə baş­çı­sı doğ­ru­dan da ol­duq­ca cid­di bir prob­le­mə to­xu­nub: “Biz qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fın­dan da­nı­şı­rıq­sa, on­da öl­kə­yə val­yu­ta gə­ti­rə bi­lə­cək is­tə­ni­lən sa­hə­yə diq­qət ye­tir­mə­li­yik. Şə­rab­çı­lıq Azər­bay­can üçün yad olan sa­hə de­yil. Bi­zim öl­kə­nin bu sa­hə­də bö­yük təc­rü­bə­si var. Ha­zır­da biz im­kan­la­rı­mı­zı və gə­lən gə­li­ri Gür­cüs­tan­la mü­qa­yi­sə et­sək, çox bö­yük fərq gö­rə­rik. Nef­ti ol­ma­yan hə­min öl­kə az qa­lır ki, büd­cə­ni tu­rizm və şə­rab­çı­lı­ğın he­sa­bı­na dol­dur­sun. Şə­rab ix­rac et­mək üçün nə la­zım­dır­sa biz­də var. Öl­kə baş­çı­sı doğ­ru ola­raq qeyd edib ki, ən mü­a­sir tip­li za­vod­lar ti­ki­lib. Qa­lır hə­min za­vod­la­rı xam­mal­la tə­min et­mək. Bu da asan­dır. Çün­ki biz­də üzüm­çü­lü­yün in­ki­şa­fı üçün mün­bit şə­ra­it möv­cud­dur. Tə­əs­süf­lər ol­sun ki, hə­min sa­hə­lə­rin ək­sə­riy­yə­ti məhv edi­lib. Son il­lər bu­nun bər­pa­sı apa­rı­lır. Kənd Tə­sər­rü­fa­tı Na­zir­li­yi də bu is­ti­qa­mət­də əmə­li fə­a­liy­yə­tə keç­mə­li­dir. Ar­tıq bi­zim za­vod­la­rın is­teh­sal et­di­yi spirtli iç­ki­lə­rə da­xi­li ba­zar­da da tə­lə­bat xey­li ar­tıb. Bu­nun­la ki­fa­yət­lən­mək ol­maz. Xa­ri­cə ix­ra­cı ar­tır­ma­lı­yıq. Bu­ra­da is­teh­sa­lın giz­lə­dil­mə­si pro­se­si də ola bi­lər. Yə­qin ki, öl­kə baş­çı­sı­nın tap­şı­rı­ğın­dan son­ra apa­rı­la­caq kompleks yox­la­ma­lar bu sa­hə­də olan ne­qa­tiv­lik­lə­ri üzə çı­xa­ra­caq. Bir da­ha xa­tır­la­dı­ram ki, bu sa­hə­ni in­ki­şaf et­di­rib öl­kə­yə val­yu­ta qa­zan­dır­maq üçün bi­zim qar­şı­mız­da heç bir prob­lem yox­dur”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ