22 Fevral 2017, Çərşənbə

Qazla bağlı köhnə borclar üzrə hesablaşmalar əvvəlki tariflərlə həyata keçirilməlidir – Tarif Şurası

20:24 | 10.01.2017
321 dəfə oxundu

Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Azinform.az APA-ya istinadən xəbər verir ki, Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.