Ana səhifə / Müsahibə / Ölən əsgərin işi üzrə məhkəmə başlanır

Ölən əsgərin işi üzrə məhkəmə başlanır

Dekabrın 14-də Bakı Hərbi Məhkəməsində əsgər Tapdıq Babaşovun işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçiriləcək.

Tapdıq Babaşov bu il mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ölmüşdü. Yaxınları onun döyülüb öldürüldüyünü bildirir.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hərbi xidmətlərini başa vurmaq üzrə olan 3 əsgər həbs edilib. T.Babaşov BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmişdi.(azadliq.info)

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın