Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Cəbhədə şiddətli atışma

Cəbhədə şiddətli atışma

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 49 dəfə pozub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Şıxlar, Şuraabad, Qaraqşlı, Sarıcalı, Novruzlu, Baş Qərvənd, Mərzili, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın