Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Cəbhə bölgəsində mina partladı: 3 hərbçimiz yaralandı

Cəbhə bölgəsində mina partladı: 3 hərbçimiz yaralandı

Mina partlaması nəticəsində 3 hərbi qulluqçumuz xəsarət alıb.

Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.

İlkin ehtimala görə partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın