Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Bu gün səhərə qədərki döyüşlərində düşmən tərəfi 27 əsgərini itirib – Erməni KİV-ləri də basqı altındadır

Bu gün səhərə qədərki döyüşlərində düşmən tərəfi 27 əsgərini itirib – Erməni KİV-ləri də basqı altındadır

DİA.AZ: – Məlum olduğu kimi, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

DİA.AZ bildirir ki, rəsmi Bakının yaydığı bu informasiya erməni KİV-lərində də təsdiqlənir. Belə ki, sözügedən mediada yazılanlardan aydın olur ki, səhərə qədərki döyüşlərdə düşmən tərəfinin hələlik 27 əsgərinin öldürüldüyü etiraf olunur. Eyni zamanda Azərbaycandan atılan atəş nəticəsində düşmənin 1 tankının da vurulduğu bildirilir.

Onu da bildirək ki, son günlər rəsmi İrəvanın basqısı ilə erməni KİV-lərində həqiqəti paylaşan mənbələrin sayı da kəskin şəkildə məhdudlaşıb və erməni hakimiyyəti ciddi-cəhdlə cəbhədəki uğursuzluqları ört-basdır etməyə çalışır.

Amma bir gün ayılıb İrəvan küçələrində Azərbaycan əsgərlərini gördükləri an daha nələrisə gizlətmələrinə zərurət də qalmayacaq… İnşallah!

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın