Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Azərbaycan və Ermənistan həlak olan döyüşçülərin cəsədlərini dəyişiblər

Azərbaycan və Ermənistan həlak olan döyüşçülərin cəsədlərini dəyişiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin həkimləri Dağlıq Qarabağın şimal hissəsində yerləşən Talış kəndi yaxınlığında qoşunların təmas xəttində həlak olmuş 7 hərbçinin cəsədini götürüblər.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, Ağdərə rayonunun Talış qəsəbəsi ətrafında aprelin 2-si və 4-ü Azərbaycan hərbçiləri iki dəfə düşmənin müdafiəsini yararaq Talışı tuta biliblər. Burada xeyli sayda hərbçi həlak olub.

Yerli vaxtla saat 15:00-da qoşunların təmas xəttində yerləşən postlardan birinə hər iki tərəfdən BQXK nümayəndələri gəliblər. Komitənin erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil verilmək üçün bir həlak olmuş hərbçi cəsədi gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən altı həlak olmuş hərbçinin cəsədi götürülüb.

Təmas xəttində hazırda sakitlik hökm sürür.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın