Tural Əkbərzadə: “Hər birimiz birlikdə hərəkət edərək ölkəmizi tanıtmağa çalışırıq və çalışmalıyıq”

Yeni layihəmizi sizlərə təqdim edirik! Bu layihəmizdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları haqqında məlumat, həmçinin həmin təşkilatların rəhbərlərindən aldığımız müsahibələrlə tanış olacaqsınız.

Layihəmizin ikinci qonağı Polşanın Katoviçe şəhərində, “Katoviçe Azərbaycanlılar Birliyi” adı altında fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri Tural Əkbərzadədir.

– Xoş gəlmisiniz Tural bəy, özünüz haqqında bizə məlumat verə bilərsiniz?

– Tural Əkbərzadə Atif oglu, 21.07.1999-ci ildə anadan olmuşam, orta məktəbi, Azərbaycanda, Rusiyada və Özbəkistanda oxumuşam.

– Çox gözəl. Bəs niyə Polşanı seçdiniz? Seçiminizin məhz Polşa olmasında əsas rolu nə oynadı?

– İngilis dilində sertifikatım olduğu üçün, Avropada tehsil almağı düşünürdüm və xüsusilə təqaüdlü təhsil almaq istəyirdim. Bu proqram da mənim kriteriyalarıma uyğun olduğu üçün Polşadakı Akademia WSB -ə müraciət etmək qərarına gəldim. Deyə bilərəm ki, Polşada həyat mənə rahat gəlir. Xüsusi bir narazılıq yaradacaq bir şeylə qarşılaşmamışam.

– Səmimi cavablarınıza görə minnətdaram Tural bəy. İndi isə bu görüşümüzün əsas məğzi haqqında sual ünvanlamaq istəyirəm. “Katoviçe Azərbaycanlılar Birliyi”ni niyə yaratdınız? Bu qərarı necə verdiniz?

– Bura birinci dəfə gəldikdə, azərbaycanlıların kifayət qədər olduğunu görüb, təşkilat yaratmaq qərarına gəldim və iki dostumla birlikdə  təşkilaçiliq işinə başladıq və bundan sonra da “Polşada Azərbaycanlı Gənclər Şurası” (PAGŞ) ilə əlaqə saxladıq. Lazımi dəstəyi göstərdilər və “Katoviçe Azərbaycanlılar Birliyi” “PAGŞ” nəzdnində öz fəaliyyətinə başladı. Fürsətdən istifadə edib, “PAGŞ”a dərin minnədarlığımı bildirmək istəyirəm.

– Katoviçe Azərbaycanlılar Birliyi olaraq nə və yaxud da nələr etmisiniz?

– “Katoviçe Azərbaycanlılar Birliyi” olaraq Azərbaycanın və bütün türk dünyasının bayramı olan Novruz bayramı zamanı tədbir təşkil edərək, universitetimizdə təhsil alan müxtəlif millətlərin nümayəndələrinə vətənimizin mətbəxini, tarixini və mədəniyyətini  nümayiş etdirmişik. İkinci tədbirimiz Azərbaycanın Respublika gününün 100 illiyi ilə bağlı tədbir olub və həmin tədbirdə cənab səfir Həsən Həsənov da qonağımız oldu və öz dəstəyini göstərdi.

– Katoviçe Azərbaycanlılar Birliyinin gələcək planları nələrdir?

– Düzü biz universitet daxili bir təşkilatıq çünkü bu bölgədə olan Azərbaycanlıların coxu bizim universitetdə təhsil alır. Gələcək planlarımız təşkilatı daha da genişləndirib bütün bölgəyə yaymaqdır. Ən əsası tədbirləri daha peşəkar şəkildə kecirdib vətənimizin gözəlliklərini Polşa ictimaiyyətinə və burada yaşayan digər ölkə vətəndaşlarına tanıtmaqdır.

– Polşada Azərbaycan diasporası nə vəziyyətdədir? Sizin bu barədə səmimi fikirlərinizi bilmək bizə maraqlıdır. 

– Polşada Azərbaycan diasporu son illər ərzində inkişaf mərhələsinə qədəm qoymuşdur. Hal-hazırda müxtəlif diaspor təşkilatları mövcuddur və hər birimiz birlikdə hərəkət edərək ölkəmizi tanıtmağa çalışırıq və çalışmalıyıq!

Sonda Tural Əkbərzadəyə öz fəaliyyətində uğurlar arzulayır və ən qısa zamanda ölkəmiz və Polşada Azərbaycan diasporası adına uğurlu layihələrə imza atmağı diləyirik!

DiasporNews

Zdrave universal kremi zdrave forte