Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Müsahibə / Manatı nə gözləyir? – Müsahibə

Manatı nə gözləyir? – Müsahibə

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Amerikanın Səsi”-nə müsahibəsində valyuta bazarındakı durumdan danışıb. 

– Yerli mediada Azərbaycan banklarında ABŞ dollarının nağd satışına limit tətbiq edildiyi barədə məlumatlar dərc edilib. Bu nə qədər realdır və limitin həddi nə qədərdir?

​- Azərbaycan banklarında ABŞ dollarının satışı ilə əlaqədar hər hansı bir məhdudiyyət mövcud deyil. Məhdudiyyət yalnız və yalnız müştərini tanıma prinsipi əsasında nağdsız əməliyyatlar olan hissədədir. Yəni, burada qarşıdakı müştərinin möhtəkirliyi ehtimalı və ya hər hansı düzgün olmayan işlərlə məşğul ola biləcək müştəri qrupları nəzərdə tutulur. Möhtəkirliklə məşğul olan müştəri qrupları üçün mövcud olan məhdudiyyətdən söhbət gedir. Amma, adi bir vətəndaşın hər hansı bir şəkildə valyuta almasına və istənilən növ valyutanı alması, dəyişdirməsi və əməliyyatlar aparmasına heç bir məhdudiyyət mövcud deyil və belə məhdudiyyət yoxdur.

– Müştərinin möhtəkirliyi nə ilə müəyyən edilir?

 Bankların daxili qaydaları və çirkli pulların yuyulmasına qarşı qaydalar çərçivəsində aparılan mübarizə əsasında hər bir bank istənilən əməliyyatların aparılmasına, xüsusən də 20 min manatdan artıq əməliyyatların aparılmasında müştərini identifikasiya etməlidir.

– ABŞ dollarına nisbətdə Rusiya rublu, Türkiyə lirəsi ucuzlaşıb. Azərbaycan manatının gələcək taleyi necə olacaq? Bununla bağlı proqnozlarınız necədir?

​- Bildiyiniz kimi, bununla bağlı Mərkəzi Bankın məlum bəyanatları var. Həmin bəyanatlarda bir daha təsdiq olunmuşdur ki, Azərbaycan manatının dollara qarşı məzənnəsinin dəyişdirilməsi üzrə hər hansı bir fundamental əsaslar mövcud deyil. Bundan artıq şərh vermək istəməzdik.

– İranda, Türkiyədə, Rusiyada dolların həmin ölkələrin milli valyutalarına münasibətdə dəyişməsi Azərbaycanın daxili bazarına, o cümlədən daxili bazarda Azərbaycan manatına hansı təsirlər edə bilər?

– Bu proses artıq bir müddətdir davam edir. Ancaq onun Azərbaycan manatına bugünədək hər hansı təsiri mövcud deyil.

– Yaxın zamanda Azərbaycan manatının ABŞ dollarına nisbətdə kursunda dəyişiklik ola bilərmi? Proqnozunuz necədir?

– Bayaq dediyim kimi, biz burada yalnız Mərkəzi Bankın verdiyi bəyanatlara istinad edərək bildiririk ki, hələ ki, belə bir fundamental əsaslar mövcud deyil.

Həmçinin oxuyun

Əli Hüseynli:“8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni …