Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Müsahibə / Afaq Aslan Lotu Qulinin həbsindən DANIŞDI: “Allah yolunu açıq etsin “

Afaq Aslan Lotu Qulinin həbsindən DANIŞDI: “Allah yolunu açıq etsin “

Xəbər veridyimiz kimi, dünən Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlər yayılıb. Qeyd edilir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.
Moderator.az bildirir ki, Nadir Səlifovun Azərbaycanda sevgilisi olduğu deyilən müğənni Afaq Aslan Publika.az-a müsahibə verib.
– İşləriniz necədir?
– Yeni mahnılar üzərində çalışıram. Tezliklə dinləyicilərimi sevindirəcəyəm.
– Payız mövsümü bir çoxlarında, xüsusilə yaradıcı adamlarda depressiv əhval-ruhiyyə yaradır. Sizdə vəziyyət necədir?
– Depressiya halları məndə də olur, özümə qapanıram, heç bir iş görmək istəmirəm, uzaqlaşıram, demək olar ki, bütün çevrəmdən qaçıram. Belə anlarda gücümü bərpa etmək üçün səyahətə çıxıram, xarici ölkələri gəzirəm. Səyahət həqiqətən də, depressiya ilə ən effektiv və sürətli müalicə üsuludur.
– Sevgilinizlə münasibətləriniz necədir?
– Münasibətlərim çox ciddidir, evlənməyə hazırlaşırıq.
– Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlə yayılıb…
– Vallah xəbərim yoxdur, bu xəbəri sizdən eşidirəm. Tutulubsa da, Allah yolunu açıq etsin. Nə deyə bilərəm?
– Sevgili olduğunuz haqqında yayılan məlumatlar düzdür?
– Xeyr, sevgili olmağımız barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil.
– Bəs sevdiyiniz insanın başına belə hadisə gəlsəydi nə edərdiniz?
– Böyük sevgidən söhbət gedirsə, sözsüz ki, dəstək olardım. Aramızda güclü hisslər varsa, tərk edə bilmərəm, onu yarı yolda qoymaq mənə yaraşmaz.

Həmçinin oxuyun

Əli Hüseynli:“8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni …