Cümə , Yanvar 18 2019
Ana səhifə / Media / “Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu

“Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu

Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın ad günüdür
Çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.
Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.
“Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat” üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.  Həmin illərdə “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.
2009-cu ilin noyabr ayının 8-də – qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və “Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.
Həmkarlarımızı təbrik edir, onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.
VIPedu.BIZ

Həmçinin oxuyun

MTRŞ-ya 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. …