Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “WhatsApp”da 3 yeni funksiya

“WhatsApp”da 3 yeni funksiya

“Android” sisteminin idarəetməsi altında işləyən qurğu istifadəçilərinə “WhatsApp” messencerində qruplar üçün  təsvir əlavə etməyə imkan verilib. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görsənəcək.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencerin növbəti versiyası, həmçinin qrup haqda məlumat üzrə qrup iştirakçıları arasında axtarış etməyə imkan verir.
Bundan başqa, indi istifadəçilər səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı “video” düyməsinə sıxmaq kifayətdir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …