Cümə axşamı , Sentyabr 20 2018
Ana səhifə / Media / “WhatsApp” istifadəçilərinə müjdə

“WhatsApp” istifadəçilərinə müjdə

“WhatsApp” mesajlaşma şəbəkəsində yenilik gözlənilir. Bu barədə şəbəkənin aid olduğu “Facebook” şirkətindən açıqlama verilib.

Sputnik Azərbaycan “İndependent”-ə istinadən xəbər verir ki, “Facebook” şirkəti ““Hekayələr” özəlliyini “İnstagram”dan sonra “WhatsApp” və “Messenger”-də də tətbiq etməyə hazırlaşır.

Məlumata görə, hazırda bu funksiya “WhatsApp”da sınaqdan keçirilir.

Həmin funksiya sayəsində “Instagram”da paylaşılmış hekayələri birbaşa “WhatsApp” statusunda yerləşdirmək mümkün olacaq.

Yüklənmiş fotoda “Hekayələr” bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər “Instagram”da hekayə yaradandan sonra onu “Facebook”, “Messenger” və “WhatsApp”da da paylaşa biləcəklər.

Həmçinin oxuyun

Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı – VİDEO

Ukraynada bir qadın müxbir canlı yayım zamanı qəzəbli qrupun hücumuna məruz qalıb.  Moderator.az xəbər verir ki, …