Ana səhifə / Media / Vətəndaşlar yerli telekanalları izləyirmi? VİDEOSORĞU

Vətəndaşlar yerli telekanalları izləyirmi? VİDEOSORĞU

İnternet medianın, xəbər saytlarının, sosial şəbəkələrin sürətlə inkişaf etməsi digər kütləvi informasiya vasitələrini arxa plana atıb. Xüsusən də televiziyalar informasiya məkanında liderliyini itirmək üzrədir.

Bunun üzərinə verilişlərin keyfiyyət məsələsini və auditoriyanın tələblərinə nə dərəcədə cavab verməsi məsələsini gəlsək onu deyə bilərik ki, artıq Azərbaycan teleməkanındakı kanalların tamaşaçı sayı 10 il öncəki ilə müqayisədə dəfələrlə azdır. Həmçinin xarici telekanalların daha əlçatan olması yerli televiziyaların onlarla rəqabətdə uduzmasına gətirib çıxarır.

Bəs, görəsən vətəndaşlar daha çox hansı telekanalları izləyir, hansı verilişlərə, əyləncəli proqramlara baxırlar? Alternetiv media vasitələri onları ekran qarşısından uzaqlaşdırıbmı?

Bu suallarla bağlı vətəndaşların da mövqeyini öyrənmək üçün musavat.com olaraq paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin bir çoxu televiziya proqramlarının maraqsız olduğunu və maarifləndirici verilişlərə az rast gəlindiyini vurğuladı.  Bəziləri isə sadəcə vaxt qıtlığı səbəbindən televiziya kanallarını izləmədiyini və informasiyanı internet mediadan aldığını bildirdi.

Sorğu iştirakçılarının maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …