Tvitterin gücü Facebooku kölgədə qoyur?

Son illər dünyada tvitterin (Twitter) gücü digər sosial şəbəkələri üstələyib. Bu, daha çox siyasətçilərin istifadə etdiyi, öz siyasi mesaj və olaylara münasibətini bildirdiyi məkandır. Hazırda tvitteri daha çox “virtual diplomatik şəbəkə” adlandırırlar. Bu məkan siyasətçilərin ünsiyyəti üçün daha səmərəli şərait yaradır. “Tviplomatiya” hesabatı 166 ölkədə dövlət və hökumət başçılarına, habelə nazir və rəsmilərə aid 700-dək hesaba baxıb.

Amma maraqlıdır ki, Azərbaycanda tvitterdən daha çox facebook populyardır. Bunun səbəbi isə facebookun funksiyalarının daha çoxluğu ilə əlaqələndirilir.

TRAMPIN SEVİMLİSİ, ONU AMERİKANLARIN GÖZÜNDƏN SALAN SOSİAL ŞƏBƏKƏ

Картинки по запросу obama twitter

Bəlli olub ki, Obamadan sonra ən populyar siyasi lider Hindistanın baş naziri Narendra Modidir. Onun hesabı 2014-cü il seçkilərindən sonra “kəllə-çarxa vurub”. Onun 18 milyondan artıq davamçısı var. “Mən insanlarla ünsiyyətdə texnologiya və sosial medianın gücünə qəti şəkildə inanıram” – Modi özünün inauqurasiya nitqində deyib.

Amma Obamadan sonra tvitterdə fırtına əsdirən siyasətçilərdən biri də hazırkı prezident Donald Trampdır. Məsələn, Amerikanın “The New York Times” qəzeti isə D.Trampın tvitter hesabı vasitəsilə təhqir etdiyi şəxslərin siyahısını hazırlayıb. Yazının girişində qeyd olunub ki, D.Tramp prezidentliyə namizəd olan gündən etibarən təhqir etdiyi insanlar, məkanlar, əşyalarla bağlı böyük bir siyahı hazırlanıb. Siyahıda ümumən 281 təhqir obyekti qeyd olunub. Təhqir olunanlar arasında təkcə Respublikaçılar və Demokratlar Partiyasının ayrı-ayrı nümayəndələri yox, eyni zamanda KİV-lər, kompaniyalar, hətta bəzən bütöv ölkələr də olub. Məsələn, Tramp Çini “qorxunc ölkə”, ABŞ prezidenti Barak Obamanı isə “zəif və qeyri-effektiv” prezident, “The Wall Street Journal” nəşrini isə “tabloidə bənzər” adlandırıb.

Təhqir olunanlar arasında xüsusi yeri heç şübhəsiz ki, demokratların prezidentliyə namizədi (təbii ki, keçmiş) Hillari Klinton tutur. Tramp bu günə qədər onun ünvanına düz 300 əsəbi tvit həsr edib.

Məhz sosial şəbəkədəki bu cür əsəbi tvitlərinə görə məsləhətçiləri 2016-cı ilin 6 noyabrında onu sosial şəbəkədən uzaqlaşdırmışdılar. Belə qərarın verilmə səbəblərindən biri də Trampın sosial şəbəkədə diplomatik davrana bilməməsi və bununla da özünə qarşı xeyli qıcıq yaratması idi. O, öz izləyicilərinə bəzi məsələrlər bağlı “filtrasiya olunmamış” fikirlər yaymağa çalışırdı. Nəşr qeyd edir ki, Trampın mikrobloqu 14 milyona yaxın izləyici tərəfindən təqib edilir.

Похожее изображение

“Çox nadir hallarda tvitterdə paylaşımlarıma görə peşman oluram”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfrası zamanı alman jurnalistin sualına cavab olaraq deyib. “Əgər peşman olsaydım, indi siz burada olmazdınız”, – deyə dövlət başçısı bildirib.

ABŞ prezidenti Donald Tramp öz fikirlərini sosial media vasitəsilə çatdırmağa davam edəcəyinə işarə edib.
“Yalnız Saxta Xəbərlər və Trampın düşmənləri mənim Sosial Mediadan istifadə etməyimi dayandırmağımı istəyir. Bu, mənim üçün insanlara həqiqəti çatdırmağın yeganə yoludur!”, deyə Tramp tvitter səhifəsində mesajında yazıb.

Trampın iddiasına baxmayaraq, ABŞ-ın onun çox vaxt saxta adlandırdığı başlıca kütləvi informasiya vasitələri prezidentdən sosial mediadan istifadə etməyi dayandırmasını istəməyib. Əksinə, onların böyük hissəsi prezidentin tvitterdəki mesajlarından iqtibas gətirir və istər səhər, istərsə də gecə yazdığı bu mesajlara onun nə fikirləşdiyini bilmək üçün bir vasitə kimi baxır.

Bununla belə, Ağ Evdəki müşavirlər, eləcə də respublikaçı və demokrat qanunvericilər prezidentin tvitterdən istifadə etməsini tənqid edir. Prezidentliyinin altı ayı ərzində Trampın tvitter mesajlarının sayı minə çatır.

Tramp idmançılara təbrik mesajları və qarşılarında nitq söylədiyi qruplara müraciətlərdən tutmuş, onun siyasətini rədd edən qanunvericilərə və prezident haqqında onun bəyənmədiyi tərzdə materiallar yazan xəbər agentliklərinə qarşı kəskin mesajlara qədər müxtəlif məzmunlu tvitlər yazır.

Tramp habelə onun prezidentliyi dövründəki hadisələri qeyd etməyi xoşlayır.

Картинки по запросу twitter followers

TVİTTERDƏ NECƏ POPULYAR OLAQ?

Mərkəzi ofisi Londonda olan “PeerIndex” firmasının eksperti Nik Taylor deyir ki, tvitter sosial şəbəkəsində məşhur olmağın yolu profil şəkli və profil məluamtlarından keçir: “Xüsusilə özünüzlə bağlı bir məlumat yazın. Bundan başqa, bütöv sifəti göstərən profil şəkilləri bütün bədənin əks olunduğu kiçik fotolarla müqayisıdə daha tez nəzərə çarpır. Profil məlumatlarınızda hansı mövzuda tvitlər paylaşacağınızı qeyd edin. Bu yolla ortaq maraqlarınız olan adamlar sizi izləmək istəyəcək”.

Tvitterin yeni dizaynı imkan verir ki, facebook-dakı kimi, burada da örtük şəklindən istifadə etmək olsun. Bununla da ya özünüzün daha böyük şəklinizi, ya da izləyicilərinizlə ortaq maraqlarınızı əks etdirən fotoları paylaşa bilərsiz.

Ekspertlər hesab edir ki, tvitterdə izləyiciləri cəlb etməyin digər yolu isə paylaşılan tvitlərin məlumatlı, dolğun məzmunlu və yumoristik olmağıdır. Əgər bunların üçü də bir tvitdə cəmləşibsə, o zaman həmin tvit ən çox paylaşılan tvitlərdən birinə çevrilə bilər.

Sosial şəbəkələr üzrə ekspert Devid Levin tvitter istifadəçilərinə bunları tövsiyə edir: “Tvitlərinizi qısa yazın. Əgər ehtiyac yoxdursa, 140 işarənin hamısından istifadə etməyə məcbur deyilsiz. Araşdırmalar göstərir ki, istifadəçilər daha qısa tvitləri oxumağa üstünlük verir.

@ işarəsindən düzgün istifadə edin. Unutmayın ki, @ işarəsi ilə başlayan tvitləri yalnız dostlarınız və dostlarınızla ortaq izləyiciləriniz görə bilir. # işarəsindən lazım olduğundan artıq istifadə etməyin”.

Ümumiyyətlə isə ekspertlər bu fikirdədir ki, izləyicilərin sayına çox da əhəmiyyət vermək lazım deyil: “Tvitter fəaliyyətiniz sizə müəyyən vaxta qədər kömək edə bilər. Əsas sosial status sosial şəbəkələrdən kənarda qalan vaxtınızı necə keçirməyinizdən asılıdır”.

Картинки по запросу твиттер

SİYASƏTÇİNİN TVİTTER HESABI İLƏ ONUN “ORDUSU” MƏŞĞUL OLUR

Ümumən liderlərin tvitteri ilə mətbuat müşavirlərinin hər kəlməni ölçüb-biçən ordusu məşğul olur. Bu mənada Estoniya prezidenti Tomas Hendrik İlves istisna təşkil edir. Bir də Norveçin baş naziri Erna Solbergin buraxdığı səhvlərdən görünür ki, postlarını özü yazır. Lakin Argentina prezidenti Cristina Kirçnerin təqibçiləri deyə bilərlər ki, hərf səhvlərindən də ağır cinayətlər mövcuddur. Çinə səfəri zamanı Argentina lideri çinlilərin “r” hərfını tələffüz etməkdə çətinlik çəkdikləri barədə zarafat etmiş və dərhal da iqrçilikdə ittiham olunmuşdu. G7 ölkələrinin liderləri arasında Almaniya kansleri Angela Merkel tvittersiz lider kimi istisna təşkil edir. Bəlkə Almaniya kansleri düşünür ki, tvitterin 140 sözlük yazı məkanı alman dilinin mürəkkəb isimləri üçün darlıq edə bilər. Onu da demək lazımdır ki, dünyanın heç bir lideri tvitter çempionu deyil. İzləyicilərin sayına görə tvitterdə ilk iki yeri pop ulduzları bölüşdürürlər.

İndi isə bu sosial şəbəkədə hesab açmağın yolları barədə. Təbii ki, əgər bu günə qədər sözügedən hesabı açmamısınızsa. Tvitter bizim qısa ismarıc kimi tanıdığımız SMS xidmətinə çox bənzəyir. O, mobil telefonda olduğu kimi 140 simvol ilə istədiyinizi yazmağa imkan verir. Ödənişsiz bir xidmət olaraq, tvitter istifadəçilərə imkan verir ki, anında dostlarınızla, tanışlarınızla, tanımadığınız və tanıdıqlarınızla əlaqə yaradasınız və hər hansı xəbəri paylaşa biləsiniz. Onun digər özəlliyi ondan ibarətdir ki, bütün məlumatlar elektron poçtunuza və yaxud mobil telefonunuza göndərilə bilir.

Tvitter hesabı açmaq da çox asandır. Sadəcə, http://www.twitter.com ünvanına daxil olursan və səhifə ingilis dilində açılır. Səhifənin aşağısında dil seçimini də edə bilərsiniz. Avropanın aparıcı dilləri ilə yanaşı, ən çox istifadə etdiyimiz Rus və Türk dillərindən birini seçə və açılan pəncərədə adınızı və elektron poçtunuzu daxil edə, şifrənizi seçə və hesabınızı yarada bilərsiniz.

Похожее изображение

Hesabınızı yaradandan sonra siz istədiyiniz adamları real adlarıyla və ya istifadəçi adlarıyla araya bilərsiniz. Tapan zaman, onları izləyə və ya oxuya bilərsiniz. İstifadə etdiyiniz dildən asılı olaraq səhifənizdə izləmək və ya oxumaq istədiyiniz adamın profilinin sağ tərəfində gördüyünüz – İngilis dilində “Follow”, rus dilində “Çitay”, Türk dilində isə “Takip et” düyməsini basın. Twitter-in fəlsəfəsində dayanan ideya izlədiklərinizin və ya oxuduqlarınızın həmin an nə etdiyini bilməkdir.
Musavat.com

loading...