Azinforum.az Yenicag.az-a istinadən xəbər verir ki, forumda iştirak edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Türkiyə-Azərbaycan arasında heç bir zaman anlaşılmazlıq ola bilməz:

“Tarix boyu davam edən qardaşlıq, dostluq iki ölkə arasındakı münasibətləri o səviyyə çatdırıb ki, burada əlavə sözə ehtiyac yoxdur. Şərqdə ilk demokratik cümhuriyyət, parlament qurduğumuz, qadınlarımıza ilk seçim haqqı verdiyimiz üçün qürur duyuruq. Türkiyə bütün hadisələrdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da 15 iyul hadisələri zamanı Türkyəyə dəstək olub. Sabah Azərbaycan mətbuatının 143 -cü il dönümü qeyd edilir. Ümumiyyətlə iki cəmiyyət və media arasınakı münasibətlərin təməli möhkəmdir. Dünən Əli Həsənov öz çıxışında da bunu vurğuladı. Hətta 1841-ci ildə Şərqin böyük filosofu M.F.Axundov nəşriyyat və həmin mətbəədə qəzetlərin çapını gündəmə gətirərkən ilk olaraq Türkiyəyə yollandı. Düzdü, nəticələr olmadı, amma bu cəhdləri unutmaq olmaz. Mətbuatımız ilk olaraq “Əkinçi” qəzeti ilə başladı. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində mətbuatın müəyyən qədər canlanması baş verdi. Ə.Hüseynzadənin türkləşmə ideyasının geniş yayılmasnın məqsədi ruspərəst qüvvələrin türkçlüyü üstələməməsi üçün idi. Hələ o dövrlərdən də Türkiyə mediasında bu hadislrə öz geniş əksini tapırdı. Hətta 1926-cıı ildə Bakıda keçirilən ilk türkoloji tədbirdə qoyulan məsələlərdən biri də media münasibətlər istiqamətində olmuşdu.Bizim ilk mühacir qəzetlərimiz də Türkiyədə işıq üzü görüb. Nə qədər çətin olsa da, iki ölkə arasındakı münasibətlər daim saxlanılırdı. Ölkəmiz müstəqillik əldə edər-etməz yenidən Türkiyə mediası bu məsələyə geniş yer ayırdı və Azərbaycana dəstək verdi. Xüsusilə də “Xocalı” soyqrımına öz hadisələri kimi yanaşması, bu həqiqətləri ünya ölkələrinə çatdırması bizim üçün çox dəyərli idi. 2010-cu ildə Bakıda Türk-Azərbaycan jurnalistlərinin “yeniliklər və bənzərsizliklər”mövzusunda konfrans keçirildi. Bu isə bütün dünya mediasının diqqətini çəkdi. 2011-ci il ikinci belə bir tədbir, üçüncü tədbir Kıbrısda, dördücü tədbir Qırğızıstanda keçirildi və sonra bu dayandırıldı. Sonralar vahid informasiya portallarının yaranması, türkdilli məkanlarda media qurumlarının yaranması media sahəsində informasiya mübadiləsini artırdı. Ümumilikdə onu demək istyirəm ki bu gün Türkiyə haqqında səslənən mənfi fikirlərə Azərbaycan, Azərbaycan haqqında səslənən mənfi fikirlərə isə Türkiyə reaksiya verir. Qlobal məkanda müsəlman dövlətlərin bir-birinə dəstəyi çox gözəldir. Bizim mədəniyyətlərimiz, cəmiyyətlərimiz bir-birinə bənzəyir və biz müsəlman dövlətləri arasın aparıcı olduğumuza inanıram. Ümid edirəm ki , bu konfransla jurnalistlərin informasiya məkanına daha güclü addımlar atmasına töhfə verəcək”.