Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Turistlərə görə Bakıda kirayə evlər 2-3 dəfə bahalaşdı

Turistlərə görə Bakıda kirayə evlər 2-3 dəfə bahalaşdı

İyunun ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) məlumat yayıb.
Mərkəzin monitorinqləri zamanı bəlli olub ki, I Avropa Oyunlarının keçirilməsi ilə bağlı paytaxtın 1-ci və 2-ci zonalarındakı kirayə bazarında tələb yüksəlib. Qiymət artımları da məhz qısamüddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib.
Bəlli olub ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qənaət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün üçün otellərdə yox, evlərdə yaşamağa üstünlük verib.
Mərkəzin məlumatında qeyd edilir ki, paytaxtdakı otellərin əksəriyyətinin 4 və ya 5 ulduzlu olması qiymətlərə təsir edib: “Buna görə də “budget otellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tutur. Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər kirayə evlərin qiymətini süni şəkildə yüksəldiblər”.
İSİM-in monitorinqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə evlərin kirayəyə verilməsi ilə məşğul olan adamların ölkəmizə gələn turistlərin sayının artmasından süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın