“Tufandağ” istirahət məkrəzi ləzgi qadının torpağını əlindən aldı – Prezidentə ŞİKAYƏT (Faktlar)

 “Qəbələ rayonu Soltannuxa bələdiyyəsinin 15 avqust 2004-cü il tarixli protokolu əsasında, həmin bələdiyyənin nümayəndəsi və Qəbələ Torpaq şöbəsinin müdirinin iştirakı ilə adıçəkilən bələdiyyə ərazisində 5 sot ərazinin alqı-satqısına dair akt tərtib edilib. Bundan sonra Qəbələ rayon Torpaq şöbəsinin möhürü ilə təsdiqlənmiş alqı-satqı aktı əsasında mənə satılmış torpaq sahəsinin planı verilmişdir. 05 snetyabr 2004-cü ildə AƏİ 165652 nömrəli qəbzlə torpağım alqı-satqısına görə Soltannuxa bələdiyyəsinin hesabına pul da köçürmüşəm. Mənim 5 sot torpağım olan əraziyə Tufandağ İstirahət mərkəzinin kanatının eniş nöqtəsi düşdüyündən həmin ərazi mənim əlimdən alınıb və mənə heç bir kompensasiya ödənilməyib. Dəfələrlə etdiyim müraciətlər isə sadəcə kağız üzərində qalıb”.
Bu fikirləri milliyətcə ləzgi, Göyçay rayon Üzeyir Hacıbəyov 84A mənzil 12-də qeydiyyatda olan Məmmədova Elmira Ramiz qızı Mia.az-a göndərdiyi müraciətində qeyd edib. Xanım Məmmədovanın sözlərinə görə, məsələ ilə bağlı etdiyi şikayətlərə baxılmır: “Cənab Prezident, mən milliyyətcə ləzgiyəm. Hər zaman apardığınız siyasəti dəstəkləyən vətəndaş olaraq sayənizdə ölkəmizin nail olduğu uğurlara hər zaman sevinmişəm. Dəfələrlə çıxışlarınızda qeyd etmisiniz ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir, azsaylı xalqların nümayəndələri burada firavan, mehriban yaşayır. Təəssüflər olsun ki, azsaylı xalqın nümayəndəsi olaraq üzləşdiyim problem məni son dərəcə narahat edir. Ata-baba yurdumda qanuni şəkildə aldığım torpağımın mənimsənilməsi, uzun müddət rəsmi dövlət qurumlarına yazdığm müraciətlərə məsuliyyətsiz yanaşılması, süründürməçiliyə məruz qalmağım məni sonda Sizə mətbuat vasitəsi ilə müraciət ünvanlamağa məcbur etdi”.
E.Məmmədovanın dediklərinə görə, məsələ ilə bağlı Qəbələ icra hakimiyyətindən ona bildirilib ki, torpağının əvəzində ona Soltannuxa bələdiyyəsindən başqa ərazidə torpaq sahəsi ayrılacaq. Həmin bələdiyyədən isə xanım Məmmədovanın rəsmi müraciətinə cavab olaraq bələdiyyənin fondunda torpaq olmadığı qeyd edilib: “Məsələ ilə bağlı Qəbələ İH-də olmuşam. Lakin heç bir köməklik göstərilməyib. Tufandağ istirahət mərkəzinin kanatı tikilən zaman tikinti işlərinin dayandırılması ilə bağlı etdiyim müraciətlər də baxılmayıb. Mənə rəsmi olaraq QƏbələ icra haimiyyətindən yaıblar ki, Soltannuxa bələdiyyəsindən zəbt olunmuş torpağın əvəzində torpaq sahəsi ayrılacaq. Soltannuxa bələdiyyəsi isə rəsmi olaraq bildirir ki, onun fondunda boş torpaq sahəsi yoxdur.” Sonda Elmira Məmmədova ölka başçısından məsələni şəxsi nəzarətinə götürməsini və problemin həlli ilə bağlı göstəriş verməsini xahiş edir: “Cənab İlham Əliyev, dediyiniz kimi hər bir Azərbaycan vətəndaşının prezidentisiniz. Azsaylı etnik qrupun nümayəndəsi olaraq ata baba yurdumda mənə məxsus olan 5 sot torpaq sahəsinin qanunsuz zəbt olunaraq əlimdən alındığı səbəbindən mənə onun dəyərində kompensasiya verilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirəm”.
Zdrave universal kremi zdrave forte