“Tək qolla odun doğrayıram” – Qazsızlıqdan üsyan edən sakinlər – VİDEO

ARB 24 xəbər verir ki, bura Sumqayıtın Yaşıldərə adlanan ərazisidir

Massivin 4-cü məhəlləsində yaşayan sakinlər uzun illərdir ki, təbii qaz problemindən sözün əsl mənasında əziyyət çəkirlər. Yaşanan problem əhalini çıxılmaz vəziyyətə salıb. İllərdir ki, sakinlərə söz verilir ki, məhəllədə sözügedən məsələ öz həllini tapacaq. Lakin görünən dağa nə bələdçi. Düzdür bu ərazinin bir hissəsinə qaz borusu çəkilib. Amma sayğaclar quraşdırılmadığından mavi yanacağın verilməsində ləngimələr yaşanır. Problemin həlli ilə bağlı sakinlərə söz verilsə də vəziyyət göz qabağındadır. Məhəllənin digər hissəsində isə vəziyyət daha acınacaqlıdır. Sakinlər iddia edirlər ki, bu ərazilərin qazlaşdırılması və sayğaclaşdırılması üçün hər ailədən 400 manat vəsait yığılıb. Həmin məğləğ özünü tenderin işçisi kimi təqdim edən Tahir adlı şəxsə təqdim olunub. Elə həmin gündən etibarən Tahiri nə gördüm deyən var, nədəki haqqında bir söz eşidən. Sakinlərdən qazın çəkilməsi üçün vəsait toplayan Tahir adlı şəxslə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı. Onun hər iki mobil nömrəsinə zəng vursaq da… Məsələyə aydınlıq gətirmək üçün üz tutduq “Azəriqaz” İstehsalat Birliyinə. Qurumun sözçüsü İbrahim Kərbəlayev yaranmış vəziyyətdən çıxış yolunu sakinlərin “ASAN Xidmət”ə müraciət etməsində gördü. Təbii qazın evlərinə verilməsini intizarla gözləyən sakinlər məsələnin həlli yolu var. Ümidlərinizi isindirmək və 2017-ci ildə bu həsrətə son qoymağ arzusu ilə…
Millət Şahbazlı (sakin) : Burada çoxdan yaşayıram. 5-6 ildir burada qaz yoxdur. Özüm də paralic adama. Tək qolla odun doğrayıram. Bu gün- sabah deyə-deyə 5 aydı bizi aldadırlar.
Xumar Şahbazlı (sakin): Bu əhatədə qaz yoxdur. Çoxdan qalırıq. Burada ziyalılar, müəllimlər, həkimlər, körpəsi olanlar və s yaşayır. Hamımız narazıyıq. Gərək saat 6-7-dən durub su qızdıraq ki, uşaqlar bir tikə yemək yeyib dərsə getsin.
İlham Məmmədov (sakin) : Pul da yığıb vermişik. Qazımız yoxdur. Olmaz belə yaşamaq. Respublikanın ən ucqar kəndlərinə qaz çəkilir, amma Sumqayıta yox.
Gülzar Xankişiyeva (sakin) : Bizi aldadırlar. Bu gün – sabah deyirlər. Artıq qış çıxır, neynirik qazı?!
Lalə Hüseynəliyeva (sakin) : İndi hansı dövrdür ki, odun peçi işlədirik?! Şəhərdən bir az aralıyıq. Şikayətimizə baxan yoxdur. Gətirib bir az turba tökdülər. Guya ki, hansısa bir iş gedəcək. Heç bir irəliləyiş yoxdur.

Zdrave universal kremi zdrave forte