Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Media / “Space” TV-də maaş verilmir – Böhran?

“Space” TV-də maaş verilmir – Böhran?

“Space” televiziyasında axırıncı dəfə iyulun maaşı verilib. AzEuroNews.com xəbər verir ki, jurnalist Famil Fərhadoğlu feysbuk səhifəsində problemi qeyd edib.

İşçilər əmək haqlarını tələb edirlər. Amma əvəzində operatorlardan biri maaşını istədiyinə görə işdən çıxarılıb.

Radio işçilərindən biri – Ramil Nəcəfli isə yazıb ki, maydan maaş verilmir. Rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir.

İşçilər yaranmış vəziyyətdən bezdiklərini, problem həll olunmasa, tezliklə işdənçıxmanın qaçılmaz olduğunu vurğulayıblar. Bir neçə ay əvvəl də telekanalda maaş problemi olduğunu yazmışdıq. Görünür ki, hələ də həllini tapmayıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb – FOTO

Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi …